Yaşar Abdullayev: “Kəpəz bələdiyyəsi bundan sonra da xalqımızın rifahı üçün daha böyük işləri həyata keçirməyə çalışacaqdır”
“Vәtәndaş
mәmnunluğunu әldә rәhbәr tutaraq yerli әhәmiyyәtli problemlәrin hәllini tәşkil
etmәk, әrazidә yaşayan vә çalışan vәtәndaşların sosial qayğıları ilә mәşğul
olmaq, sakinlәrin yaşayışı vә istirahәti üçün sağlam mühit yaratmaq vә qorumaq
Kәpәz bәlәdiyyәsinin әsas fәaliyyәt istiqamәtlәrindәn biri olmuşdur”- bu fikirləri
Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev Belediyye.infoya
bildirib.
Sədrin sözlərinə görə, son beş il әrzindә bәlәdiyyә
әrazisindә aparılan yenidәnqurma, abadlıq-tәmizlik, bәrpa-tәmir vә
yaşıllaşdırma tәdbirlәrinin aparılması, aztәminatlı ailәlәrin sosial durumunun
yaxşılaşdırılması, bәlәdiyyәyә müraciәt etmiş vәtәndaşlara maddi yardım, dәfn
vә mәrasim xidmәtlәrinin tәşkilinә kömәklik göstәrilmәsi, Vәtәn müharibәsindә
şәhid olmuş şәxslәrin qәbirüstü abidәlәrinin düzәldilmәsi Kәpәz bәlәdiyyәsinin
әn öndә duran vәzifәlәrindәn biri kimi müәyyәnlәşdirilmişdir.
Hazırda Azәrbaycan Republikasının әrazi bütövlüyü
uğrunda hәlak olmuş şәhidlәrin ailәlәrinә Kәpәz bәlәdiyyәsi tәrәfindәn hәr
zaman xüsusi diqqәt vә qayğı göstәrilir, onların mövcud problemlәrinin aradan
qaldırılması üçün mütәmadi olaraq tәdbirlәr hәyata keçirilir.
2020-2024-cü illərdə şəhid ailələrinə ümumilikdə
390,434 manat məbləğində maddi yardım göstərilmişdir. Bu yardımların 300,664
manatı şəhid ailələrinə, 62,320 manatı müharibə əlillərinə və 27,450 manatı isə
müharibə iştirakçılarına ayrılmışdır.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə 51 şəhid ailəsinə 1600 manat, Novruz bayramı münasibətilə isə
90 şəhid ailəsinə 10,350 manat dəyərində ərzaq yardımı göstərilmişdir. Qurban
bayramında isə şəhid ailələrinə 8,250 manat dəyərində ərzaq yardımları
paylanmışdır.
Şәhid ailәlәrinin müraciәtlәri nәzәrә alınaraq
Azәrbaycan Respublikasının әrazi bütövlüyü uğrunda hәlak olan Şәhidlәrimizin
qәbirüstü abidәlәri hazırlanmış, adlarının әbәdilәşdirilmәsi mәqsәdilә
yaşadıqları evlәrin divarlarına xatirә lövhәlәri vurulmuş, adlarına inşa olunan
bulağın yanına oturacaqlar düzәldilmiş vә söhbәtgahlar quraşdırılmışdır.
Gәncә şәhәri Kәpәz bәlәdiyyәsi tәrәfindәn şәhid ailәsi üzvlәrinә vә müharibә әlillәrinә 2020-2024 illərdə ümumilikdə 83 şәhid ailәsi üzvünə – 3,246 ha, 55 müharibә әlilinə - 2,2355 ha, həyətyanı torpaq sahəsi ayrılmışdır.
Kəpəz bələdiyyəsi, Gəncə şəhərinin inkişafı üçün öz fəaliyyətini davam etdirir və gələcəkdə də xalqımızın rifahı üçün daha böyük işlər həyata keçirməyə çalışacaqdır.
Belediyye.info
Rəylər
1 Rəy
Zümrüd
12-09-2024, 2 ay əvvəl
Kəpəz Bələdiyyəsinin Yaşar müəllim kimi müdürü və güclü komandası varsa Gəncə sakinlərinin rifahı daha da yaxşılaşacaq!
Cavabla