Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2024 , 21:19

359

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Qoşqar Məmmədov: “Kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artıma nail olunub”

“Gəncə şəhəri Nizami  bələdiyyəsinin əsas məqsədi əhalinin həssas qrupuna aid sakinlərin qaldırdığı məsələlərin həllinə vaxtında çalışmaqdır”- bu fikriləri Gəncə şəhəri  Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib. Ancaq bütün hallarda sakinlərin qaldırdğı problemlərin həlli maliyyə vəsaiti tələb edir. Bunun üçün bələdiyyənnin vergi xidməti həm bütün mümkün variantlardan istifadə edərək həm vergiləri toplayır, həm də vergi ödəyiciləri arsında maarifləndirmə işlərini aparır.

Kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artıma nail olunub.

Sədr bəzi əldə olunan rəqəmlərə də toxunmağı unutmadı:

“2020-ci ildə  əmlak vergisindən 98.347 manat, torpaq vergisindən  18.207 manat, torpaq sahəsinin özgəninkiləşdirilməsindən 42.713 manat, dayanacaqlardan 6.399 manat, mehmanxana rüsumlarından 12.607 manat,

2021 - ci ildə  əmlak vergisindən 166.878 manat, torpaq vergisindən 25.995 manat, torpaq sahəsinin özgəninkiləşdirilməsindən 97.186 manat, dayanacaqlardan 18.775 manat, mehmanxana rüsumlarından 562 manat,

2022 - ci ildə  əmlak vergisindən 180.003 manat, torpaq vergisindən  26.492 manat, torpaq sahəsinin özgəninkiləşdirilməsindən 161.923 manat, dayanacaqlardan 15.007 manat, mehmanxana rüsumlarından 1.545 manat,

2023-cü ildə  əmlak vergisindən 194.883 manat, torpaq vergisindən  29.722 manat, torpaq sahəsinin özgəninkiləşdirilməsindən 273.404 manat, dayanacaqlardan 9.202 manat, mehmanxana rüsumlarından 1.647 manat əldə edə olunub.”

Sədr qeyd edib ki, 2023-cü ilin  sonlarından tətbiq edilən yenilik isə vergi xidmət əməkdaşlarının ürəyincə olub. Belə ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılğı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakıyla BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz