Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2024 , 19:50

406

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Yaşar Abdullayev: “Növbəti ilin büdcəsi bələdiyyə iclasında müzakirəyə çıxarılıb”

“2019-cu illə müqayisədə bələdiyyənin əldə etdiyi əmlak vergisinin həcmi 73 % artıb. Belə ki, 2019-cu ildə 166 min manat əldə edilmişdisə, bu rəqəm 2023-cü ildə  227 min manat olub. Bu isə ümumi büdcə gəlirinin 25 faizi deməkdir” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Yaşar Abdullayev bildirib.

Sədr qeyd edib ki,  Vətən müharibəsində həlak olmuş şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması Kəpəz bələdiyyəsinin fəaliyyətində əsas prioritet istiqamətlərindən biri olmuşdur. 

2023-cü il ərzində Kəpəz bələdiyyəsi  tərəfindən  şəhid ailələrinə ümumilikdə 69.092 manat, müharibə əlillərinə 16.520  manat, müharibə veteranlarına isə 8.750 manat maddi yardım verilmişdir. 

Bununla yanaşı 2023-cü il ərzində Kəpəz bələdiyyəsi tərəfindən 42 imtiyazlı şəxsə 1, 4206 ha torpaq sahəsi ayrılmışdır:  onlardan 24 nəfər şəhid ailəsi;  12 nəfəri  Qarabağ müharibəsi əlili; 4 nəfəri müharibə veteranı; 2 nəfəri isə  ehtiyyatda olan hərbi qulluqçu olmuşdur.  

Sədrin sözlərinə görə, kollektivin gərgin əməyi sayəsində  2019-cu illə müqayisədə  bələdiyyənin büdcə gəlirini 1.7 dəfə artırıb. Belə ki, 2019-cu ildə  532 min manat əldə etdiyi halda bu rəqəm  2023-cü ildə 903 min manatdan artıq olub. 

Artıq bələdiyyə iclasında növbəti ilin büdcəsi müzakirəyə çıxarılıb. Və bu layihədə əsas diqqət məhz həssas qruplara aid olan sakinlərin sosial məişət qayğılarını operativ şəkildə həll etməyə yönəldilib.

İnanıram ki, dekabr  ayının 20-dək bələdiyyənin 2025-ci il büdcə layihəsi, irəli sürülən bütün təklif və tövsiyələr nəzərdə alınmaqla, təsdiq  ediləcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz