Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-05-2026 , 23:48

105

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gəncə
- +

Gəncə şəhər Heydər Əliyev Mərkəzində geniş anım tədbiri keçirilib

Gəncə şəhər Nizami bələdiyyəsi tərəfindən bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümü münasibəti ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində geniş anım tədbiri keçirilib.

Tədbirdə bələdiyyə üzvləri və əməkdaşları iştirak edərək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar, onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. İştirakçılara dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlər barədə geniş məlumat verilib.

Tədbir çərçivəsində Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov çıxış edərək Ulu Öndərin zəngin siyasi irsindən, xalqına olan sonsuz sevgisindən və dövlətçiliyimizin inkişafındakı əvəzsiz rolundan bəhs edib. Sonda  sədr bildirib ki, bu əziz gündə Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Onun qoyub getdiyi zəngin miras müstəqil Azərbaycan dövləti əbədi yaşayacaqdır.

Çıxış edən digər natiqlər Ulu Öndərin həyat yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğunu vurğuladılar. Qeyd olundu ki, onun xatirəsi daim uca tutulur və gələcək nəsillərə ötürülür.

Gəncə şəhər Nizami bələdiyyəsi olaraq Ümummilli Lİderin əziz xatirəsi hər zaman ehtiramla anılır və onun irsinə sadiqlik bundan sonra da davam etdiriləcəkdir.

 Gəncə şəhəri, Nizami bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz