Niyazi Bayramov bələdiyyənin həyata keçirdyi layihə ilə tanış olub
“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Nizami Bələdiyyəsi tərəfindən 20 yanvar və 1990-ci il şəhidlərinin məzarları və ətraf ərazilərinin təmir-bərpa və abadlıq işlərinin yekunlaşması ilə əlaqədar ərazidə olub” - bu barədə məlumat Belediyye.infoya adıçəkilən bələdiyyədən daxil olub.
Nizami bələdiyyəsi
tərəfindən görülən işlərlə tanış olan Gəncə ŞİH başçısı Niyazi Bayramov bələdiyyə tərəfindən həyata keçirilən layihənin şəhidlərimizin əziz
xatirəsinə olan hörmət və ehtiramın göstəricisi olduğunu bildirib.
Görülən işlərə razılığını bildirən şəhər icra
hakmiyyətinin başçısı bu istiqamətdə ərazidə həyata keçirilməli olan işlərlə
bağlı təklif və tövsiyələrini verib.
Bələdiyyədən bildirilib ki, layihə çərçivəsində ərazidə
350 kv.metrdən artıq tamet örtüyü
döşənib, 280 metr bordür quraşdırılıb və ərazidə yol
infastukturu təmir olunub.
Həyata keçirilən layihə şəhidlərimizin məzarlarının
səliqəli saxlanılması və ziyarətə gələn vətəndaşlar üçün daha əlverişli şərait
yaradılması məqsədi daşıyır.
Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır və onların qəhrəmanlığı heç zaman unudulmur”- bu fikirləri də bələdiyyənin paylaşdığı məlumatda qeyd edilir.
Belediyye.info
Rəylər
0 Rəy