Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-04-2025 , 00:27

495

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Siyasi rəhbərin bu görüşündə iştirak etsəydim..... CİDDİ

 Göründüyü kimi, daha bir icra başçısı bələdiyyənin inzibati binasına gələrək bələdiyyə üzvləri ilə görüş keçirib və paylaşıb.

Goranboy və Mingəçevirdən sonra İsmayıllı RİH başçısı da bələdiyyənin inzibati binasına gələrək görüş keçirib və paylaşılmasına hətta razılıq verib.

Bir qədər təəcüblü olsa da, hər halda bu bir həqiqətdir.

Deyim ki, bu gəliş heç də səbəbsiz deyil.

Ola bilsin digər yerlərdə də belə görüşlər keçirilib. Sadəcə həmin rayonların siyasi rəhbərlərinin EQO-su bu məlumatı paylaşmağa imkan verməyib.

Etiraf edim ki, bir neçə dəfə tənqid hədəfimdə olan İsmayıllı RİH başçısının bələdiyyə üzvləri ilə görüş keçirməsi mənə bir qədər maraqlı gəldi.

Deyim ki, bu artıq siyasi rəhbərin bələdiyyə üzvləri ilə cari ildə ikinci görüşüdür. Hər halda təqdirəlayiq bir haldır və bəyənilsin.

Ancaq mən şəxsən bu görüşdə iştirak imkanım olsaydı hörmətli siyasi rəhbərə veriləsi cəmi ÜÇ sualım olardı. Veriləcək sualları burda yazmıram. Çünki veriləcək suallara cavab olmaya bilər. Nə isə....

Bizim İsmayıllı bələdiyyəsinin istər əvvəl ki, istərsə də yeni tərkiblə əməkdaşlıq əlaqələrim var və artıq davam etməkdədir.

Bu tərkib İsmayıllı bələdiyyəsinin üzvlərinə isə yalnız uğurlar arzulayır və inanıram ki, bələdiyyədə yaranmış müəyyən ənənəni qoruyub saxlamaqla davam etdiriləcək və fəaliyyətlərində əsas diqqəti vergi yığımına yönəltməklə konkret layihələrin sayını və keyfiyyətini artıra biləcəklər. Bu işdə bizə  İsmayıllı bələdiyyəsinə yalnız uğurlar arzulamaq düşür.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
684

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
448

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
418

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
493

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
649