Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-02-2025 , 18:04

1114

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi təklif edilib-Vüqar Bayramov

Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi təklif edilib.

“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü ildə fəaliyyəti haqqında məruzəsi”nin müzakirəsi zamanı fikir səsləndirib.

O qeyd edib ki, bələdiyyələrin büdcədənkənar gəlirləri ilə bağlı məqamlara yenidən baxılmalıdır:

“Azərbaycanda bələdiyyələrin sayını qonşu ölkələrlə müqayisə etdikdə məlum olur ki, onların birləşdirilməsi növbəti mərhələdə də aktualdır. Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min subvensiya ayrılması nəzərə tutulub.

Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq.

Bələdiyyələrin maliyyə mənbələrinin məhdud olduğunu onların güclü institut kimi formalaşmasını və inkişafını xüsusi təşviq etmir. Təbii ki kənar maliyyə mənbələri genişləndikcə, büdcə vəsaitlərinə tələb də azalmalıdır”.

Deputat Əli Məsimli bildirib ki, bələdiyyələrin maliyyə dayanıqlılığını təmin etmək üçün dövlət maliyyəsi ilə yanaşı, çoxmənbəli maliyyə sisteminə keçilməsi vacibdir.

Bələdiyyələrin maliyyə mənbələrinin strukturunun dəyişdirilməsi təklif edilib

https://report.az/daxili-siyaset/belediyyelerin-maliyye-menbelerinin-strukturunun-deyisdirilmesi-teklif-edilib/

Rəylər

0 Rəy

Rəy yaz

Oxşar xəbərlər

Nizami bələdiyyəsində görüş keçirilib

Gündəlik Xəbərlər
10-03-2025
433

Ədliyyə naziri Şəki şəhərində qəbul keçirəcək 

Gündəlik Xəbərlər
06-03-2025
461

Emin Əmrullayev professora yüksək vəzifə verdi

Gündəlik Xəbərlər
25-02-2025
506

Şahtaxtılıların dəyərli ziyalısı haqqında

Gündəlik Xəbərlər
23-02-2025
611

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 

Gündəlik Xəbərlər
17-02-2025
1051

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
1175