Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-08-2024 , 18:13

2484

Son xəbərlər

Bütün xəbərlər

Prezidentdən Milli Mətbuat Günü PAYLAŞIMI

Gündəlik Xəbərlər
22-07-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: "Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz xalqa xidmətdən keçir"

"Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində seçicilərinin qarşılaşdığı problemlərin həllinə həssaslıqla yanaşmalı, qaldırdığı məsələləri isə  diqqət mərkəzində saxlamalıdır"- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinn sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyənin hər ay baş tutan iclaslarında müzakirəyə əsasən sakinlərin qaldırdığı məsələlər çıxarılır və hər dəfə müsbət qərar verilir.

Bu günlərdə rayonun Kaveroçkin küçəsində 600 kv.metrlik əraziyə asfaltın salınması, habelə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkövnik-leytenant Zaur Nudrəliyevin yaşadığı G.Qədirbəyova küçəsi 63 ünvanındakı  binada təmir işlərinin aparılması da bu qəbildən olan məsələlərdəndir. Belə ki, binanın giriş qapılarının yeniləriylə əvəzlənməsi, habelə blokun təmir edilməsi, giriş qapılarına təhlükəsizlik açarlarının quraşdırlması görülən işlər sırasındadır.

Nərimanov bələdiyyəsi ilin sonunadək bu kimi layihələrin icrasını davam etdirəcəkdir.  

 Belediyye.info 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025
720

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025
946