Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2023 , 18:36

5423

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

  Azərbaycan və Mərakeş arasında ədliyyə sahəsində əlaqələr genişlənir

Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclasında iştirak etmək üçün ədliyyə nazirinin müavini Toğrul Musayev həmin ölkədə səfərdə olub.

Səfər çərçivəsində Mərakeşin ədliyyə naziri Abdellatif Ouahbi ilə görüş keçirilib.

Ədliyyə Nazirliyində təşkil olunan görüşdə dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində ölkə rəhbərlərinin xüsusi rolu qeyd edilib, hüquqi sahədə birgə fəaliyyətin perspektivlərinə toxunulub.

Nazir müavini T.Musayev iki ölkənin müqavilə-hüquq bazasının, o cümlədən ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsinə xidmət etdiyini bildirib, ədliyyə sistemində son illər aparılan köklü islahatlardan, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilərək suverenliyimizin tam təmin edildiyi xüsusi qeyd olunaraq, mərakeşli nazirə şəhər və kəndlərimizin, dini və mədəni irsimizin dağıdılması, hazırda həmin ərazilərdə aparılan geniş          bərpa-quruculuq işləri barədə məlumat verilib. 

Səmimi keçən görüşdə Mərakeşin dövlətimizlə hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini bildirən nazir A.Ouahbi ölkəsinin beynəlxalq müstəvidə haqlı mövqeyimizi daim dəstəklədiyini vurğulayıb, ədliyyə sahəsində əlaqələrin dərinləşdirilməsinin, rəqəmsal innovasiyaların tətbiqi və digər istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan tərəfinin iki ölkənin ədliyyə nazirlikləri arasında yeni əməkdaşlıq proqramının qəbul olunması təşəbbüsünü məmnuniyyətlə qarşılayıb.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
740

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
862

Müsabiqəyə yekun vurulub, qaliblər də məlumdur

Gündəlik Xəbərlər
15-12-2025
774

İdarətemədə isalahatlar nəyi dəyişəcək? 

Gündəlik Xəbərlər
14-12-2025
833

Ədliyyə naziri Bərdə şəhərində qəbul keçirib

Gündəlik Xəbərlər
08-12-2025
751

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
905

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
1227