Sahil Babayev: Bələdiyyələrin DSMF-yə borclarını silmək mümkün deyil
"Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış
borclarının silinməsi mümkün deyil”.
APA xəbər
verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin
birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
"Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış
borclarının silinməsi mümkün deyil”.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan
hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri
Sahil Babayev deyib.
Nazir bildirib ki, sosial sığorta vəsaitləri dövlətin və ya
işəgötürənin deyil, vətəndaşların vəsaitidir: “Bu nə dövlətin, nə işəgötürənin
vəsaitidir, bu, vətəndaşın vəsaitidir. Sosial sığorta vəsaitləri vətəndaşın vəsaitidir
və onları nə dövlət qərarı ilə bir tərəfli qaydada silmək olar, nə başqa bir
addım atıla bilər. Sosial sığorta haqlarının yığılması 2019-cu ildən Vergi Xidməti
tərəfindən həyata keçirilir. Borcların bələdiyyələrin qarşısında qaldırılması
da məhz həmin öhdəliklərin ödənilməsi tələbi ilə bağlıdır. Borcların ödənilməməsi
bələdiyyələrdə çalışan işçilərin gələcək pensiyalarına və sosial sığorta
haqlarından irəli gələn müavinətlərinə mənfi təsir göstərə bilər. Borcların
yaranma səbəbləri araşdırılmalıdır. Çünki əməkhaqqı ödənildiyi halda sosial
sığorta haqlarının ödənilməməsi qanun pozuntusudur".
O, məsələnin İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliklərinin birgə iştirakı ilə müzakirə edilməsini, borcların növbəti dövrlərdə
hansı mexanizmlə bağlanmasının mümkünlüyünün araşdırılmasını təklif edib.
https://apa.az/maliyye/maliyye-naziri-belediyyelerin-dsmf-ye-borclarini-silmek-mumkun-deyil-1012880
Rəylər
0 Rəy