Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2026 , 15:59

161

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələr üçün seminar-təlim keçirilib

Aprelin 16-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçuları üçün seminar-təlim təşkil olunub.

Videokonfrans formatında keçirilən təlim “Qəbiristanlıqların saxlanılması və abadlaşdırılmasına diqqətin artırılması” və “Qrant münasibətlərinin iştirakçısı kimi bələdiyyələrin səlahiyyətləri” mövzularını əhatə edib.

78 nəfərin iştirak etdiyi təlimdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müstəqil monitorinq mexanizmi çərçivəsində Müvəkkilin aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqların mövcud vəziyyətinə dair” aparılmış monitorinq və onun nəticələri barədə məlumat verilib. Qəbiristanlıqların qorunması sahəsində öhdəliklər izah olunaraq bu istiqamətdə əhaliyə göstərilən xidmətin keyfiyyətinin artılmasının vacibliyi diqqətə çatdırılıb.

Daha sonra qranta, o cümlədən qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair qanunvericiliyin tələbləri izah olunub, donor və resipiyent kimi bələdiyyələrin hüquqları və vəzifələri, məsuliyyəti, xarici donorlarla bağlı tələblər barədə məlumat verilib. Həmçinin qrant mexanizminin bələdiyyələrə institosional inkişaf baxımından yaratdığı imkanlar, dövlətin donor kimi çıxış etdiyi qrant münasibətlərin xüsusiyyətləri qeyd edilib.

Sonda mövzular üzrə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

 Ədliyyə Nazirliyi 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
988

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
871

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1295

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
1200

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
849

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
898