Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 19:02

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Bələdiyyə institutunun əsas prioritetlərini Ulu öndər Heydər Əliyev müəyyən edib

Bələdiyyə institutunun əsas prioritetlərini Ulu öndər Heydər Əliyev müəyyən edib

 

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaratmaqdadır.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün demokratik dəyərlərə uyğun  hazırlanmış Azərbaycan Konstitusiyası ölkəmizdə genişmiqyaslı demokratik islahatların əsasını qoymuşdur.

Xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Konstitusiyasında yerli özünüidarəetmə ilə bağlı müddəaları özündə əks etdirən dördüncü fəsli ölkəmiz üçün yeni olan bələdiyyə institutunun formalaşdırılması üçün əsas prioritetləri  müəyyən etmişdir.

Ümummilli lider deyirdi: “Təbiidir ki, bələdiyyələr ilk dövrdə, ola bilər, öz işlərində çox çətinliklərlə rastlaşsınlar. Ancaq bunlar da ondan asılı olacaqdır ki, bizim seçicilər bələdiyyələrə nə qədər dəyərli adamlar seçəcəklər” .

1999-cu ildə  ilk bələdiyyə seçkiləri günlərində keçirdiyi görüşlərin birində Ulu öndər Heydər Əliyev daha sonra qeyd etmişdi: “Bu gün  bir tərəfdən bələdiyyə sisteminə maraq göstərən vətəndaşlar çoxdur, onlar bu orqanlarda fəaliyyət göstərmək istəyirlər. Bizim üçün əhəmiyyətlisi budur ki, vətəndaşlarımız dövləti, hökuməti idarə etməyə, yerli idarəetmə orqanlarında iştirak etməyə həvəs göstərir, biganə deyillər. Bu, çox müsbət bir haldır. Bu bir tərəfdən ölkəmizdə demokratiyanın varlığını və onun inkişafını sübut edir, ikinci tərəfdən də, təbiidir ki, bələdiyyələrin qarşısında böyük vəzifələr, böyük məsuliyyətlər qoyur”.

 “Bələdiyyələr Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaq”  fikrinin Ulu öndər tərəfindən dəfələrlə səsləndirilməsi bu qurumların cəmiyyətdə roluna və inkişafına necə böyük önəm verməsiylə bağlı idi.

Göründüyü kimi, dahi Heydər Əliyev yuxarıda söylədiyi fikirlərlə həm bələdiyyə qanunvericiliyinin əsas istiqamətlərini müəyyən etmiş, həm də yerli orqanların qarşılaşacağı məqamları və inkişaf istiqamətlərini  əvvəlcədən müəyyən etmişdir.

Bu gün demokratik və hüquqi dövlət quruculuğu istiqamətində Ulu Öndərin layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla addımlayan müstəqil Azərbaycan Respublikasının nail olduğu ən mühüm demokratik dəyərlərdən biri də ölkəmizdə formalaşdırlımış yerli özünüidarəetmə institutunun inkişaf etdirilməsidir.
Ötən dövrdə yerli özünüidarənin təşkilinə xidmət edən 20-dən artıq Qanun, 200-dən artıq normativ-hüquqi akt qəbul edilərək beynəlxalq tələblərə cavab verən mütərəqqi qanunvericilik bazası yaradılmışdır.

Bələdiyyələrin səmərəli fəaliyyətini təmin etmək və  yerli özünüidarəni həyata keçirmək üçün ən vacib şərtlərdən biri də Ulu öndərin sağlığında hər daim əhəmiyyət verdiyi məsələlərdən olan bələdiyyələrin  maliyyə - iqtisadi əsaslarının gücləndirilməsi idi.

Bələdiyyələrin maliyyə-iqtisadi əsaslarının gücləndirilməsi və ümumilikdə onların fəaliyyətinin təkmilləşdiriməsi üçün ötən dövr ərzində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir və proses bu gündə davam etməkdədir.

Bu tədbirlərə bələdiyyə büdcələrini lazımi səviyyədə formalaşdırmaq üçün yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi  aid edilir. Məhz bu addımların nəticəsidir ki, rəhbərlik etdiyim bələdiyyənin ötən il ərzində büdcə gəlirləri 40 faizədək artmışdır.

Qeyd edim ki, ötən 2022-ci ildə Xətai bələdiyyəsinin illik gəliri 1.289.288 manat təşkil etmişdir.  2021-ci ilin illik gəliri ilə müqayisədə 421.338 manat çox olmuşdur. Bu rəqəm Bakı şəhərində formalaşan 53 bələdiyyə sırsında birincilik deməkdir.

Ötən il ərzində bələdiyyənin xərcləri 1.270.114 manat təşkil etmişdir ki, bu da 2021-ci ilin illik xərcləri ilə müqayisədə xərclər 395.540 manat artmışdır.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi bələdiyyənin vergi bazasını genişləndirmək təşkil edir. Hazırda hündürmərtəbəli çoxmənzilli binaların özəlləşmiş mənzilləri kodlaşdırılır, vergiləri hesablanır. Bu səbəbdən 2023-cü ildə gəlirlərin  bir qədərdə artması gözlənilir.

Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, bələdiyyənin icarəyə götürdüyü inzibati binanın mülkiyyətə verilməsi, yaxud yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə aktiv iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduqları işlərin tərkib hissəsidir.

Göründüyü kimi, əsası Ulu öndər tərəfindən qoyulan bələdiyyə sisteminin daha dərindən  inkişafı və qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında Xətai bələdiyyəsi də öz töhfəsini verməkdədir.

  

Ulu öndərin yüz illik yubileyi ilə əlaqədar Xətai bələdiyyəsində hazırlanan xüsusi proqram bələdiyyə iclasında müzakirə edilərək təsdiq edilmişdir. Bu gün təsdiq edilmiş proqrama uyğun olaraq bir sıra ciddi layihələr icra edilməkdədər. Rayon ərazisində müxtəlif  ünvanlarda ağacəkmə aksiyasının keçirilməsi, həmçinin park və məhəllədaxili ərazilərdə abadlıq işlərinin aparılmasına xüsusi önəm veririk.

Bu günlərdə Xətai bələdiyyəsinin təşəbbüsü ilə bələdiyyə kollektivinin və könüllülərin iştirakıyla Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil  edilmişdir. Gənc bələdiyyə üzvlərimiz və qulluqçularımız Ulu öndərin zəngin təcrübəsiylə yaxından tanış olmuşlar. 

Xüsusi olaraq qeyd edilməlidir ki, bugün ölkəmizdə geniş, hərtərəfli quruculuq işləri aparılır və davamlı olaraq bütün sahələrdə böyük nailiyyətlər əldə olunur.

Ulu öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan yüksəlir, mövqelərimiz möhkəmlənir.

Xətai bələdiyyəsinin üzv və qulluqçuları ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin daha uğurla həyata keçməsi üçün daim  öz töhfəsini verməyə hər zaman hazırdır.

Elşad Vəliyev

Xətai bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz