Əziz Zeynalov: “Noyabrın 15-dən sonra ödənilənəcək yerli vergiyə dəbbə pulu hesablanacaqdır”
“Ötən
il əldə etdiyimiz maliyyə vəsaitinin 72.2 faizi əmlak vergisindən daxil olub.
Xoş təsadüfdür ki, ötən ilin sonlarından BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin
məlumat bazasına inteqrasiya edilməsi nəticəsində cari ildə büdcə gəlirlərində əsaslı artım hiss edilməkdədir”-
bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.
Sədrin
sözlərinə görə, cari ilin başa çatmasına iki ay qalmış bələdiyyənin vergi xidməti
əmlak vergisinin həcmini ötən ildəki həddinə çatdırıb.
Belə
güman edirik ki, cari ildə inteqrasıya və icra-probasıya şöbəsinə göndərilən aktlar hesabına büdcə gəlirlərimizin
səviyyəsi 30 faizədək arta bilər. Oktyabr ayında aylıq büdcə daxilolmalarının həcmi
isə 200 min manata yaxınlaşıb.
Onu
da əlavə edək ki, bələdiyyənin vergi xidmətinin əməkdaşlarının və hüquq şöbəsinin
gərgin əməyi sayəsində icra-probasiya
xidməti vasitəsi ilə bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi də əvvəlki
illərlə müqayisədə xeyli artıb. Bu gün əldə etdiyimiz maliyyə vəsaitinin 20 faizə
yaxın bir hissəsi məhz bu istiqamətdən daxil olur.
Sədr
diqqəti bəzi rəqəmlərə də çəkib: “Cari
ildə pul tələbinə dair qəbul edilmiş bələdiyyə aktlarının sayı 1439 olub ki, onunda yanvar ayında
158, fevralda 136, martda 148, apreldı 183, mayda 137, iyunda 93, iyulda
90, avqustda 166, sentyabrda 167, oktyabr
ayında isə 161 akt olub. Bu aktlardan daxil olmalı vəsaitin həcmi isə
600 min manata yaxın idi. Məcburi icraya yönəldilmiş 1069 aktların hamısı icraaata qəbul edilmiş və bu günədək onun 742-si
icra olunmuşdur. Müvafiq icra orqanı tərəfindən icra olunmuş aktlar
üzrə yerli büdcəyə ödənilən vəsaitin həcmi
isə 189.454 manat təşkil edib. Aylar üzrə götürdükdə daha çox iyul ayında 65.901 manat, oktyabr
ayında 27.199, may ayında isə 20.438
manat vəsait daxil olub.”
Sədr
qeyd edib ki, bu gün əsas məqsədimiz büdcə daxilolmalarının həcmini artırmağa
yönəlib. Büdcə gəlirləri artdıqca biz həm seçicilərimizin qaldırdığı məsələlərin
həllini sürətləndirir, digər tərəfdən əməkdaşlarımızın əməkhaqqını artıra
bilirik.
Odur ki,
vergi ödəyicilərinə bir daha tövsiyə edərdim
ki, tədiyə bildirişlərini alan kimi onu ödəməyə tələssinlər və nəzərə alsınlar
ki, noyabrın 15-dən sonra ödənilən vergiyə qanunvericiliyin tələbinə uyğun olaraq tələbinə uyğun dəbbə pulu
hesablanacaqdır. Sakinlərimiz əlavə pul
ödəmək istərmirlərsə vergilərni vaxtında ödəməyi tövsiyə edərdim.
Belediyye.info
Rəylər
0 Rəy