Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2024 , 01:09

326

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov:  “Noyabrın 15-dən sonra ödənilənəcək yerli vergiyə  dəbbə pulu hesablanacaqdır”


“Ötən il əldə etdiyimiz maliyyə vəsaitinin 72.2 faizi əmlak vergisindən daxil olub. Xoş təsadüfdür ki, ötən ilin sonlarından BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edilməsi nəticəsində cari ildə  büdcə gəlirlərində əsaslı artım hiss edilməkdədir”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri   Əziz Zeynalov bildirib.

Sədrin sözlərinə görə, cari ilin başa çatmasına iki ay qalmış bələdiyyənin vergi xidməti əmlak vergisinin həcmini ötən ildəki həddinə çatdırıb.

Belə güman edirik ki,  cari ildə inteqrasıya və icra-probasıya şöbəsinə  göndərilən aktlar hesabına büdcə gəlirlərimizin səviyyəsi 30 faizədək arta bilər. Oktyabr ayında aylıq büdcə daxilolmalarının həcmi  isə 200 min manata yaxınlaşıb.

Onu da əlavə edək ki, bələdiyyənin vergi xidmətinin əməkdaşlarının və hüquq şöbəsinin gərgin əməyi sayəsində  icra-probasiya xidməti vasitəsi ilə bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi də əvvəlki illərlə müqayisədə xeyli artıb. Bu gün əldə etdiyimiz maliyyə vəsaitinin 20 faizə yaxın bir hissəsi məhz bu istiqamətdən daxil olur.

Sədr diqqəti bəzi rəqəmlərə də çəkib:  “Cari ildə pul tələbinə dair qəbul edilmiş bələdiyyə aktlarının sayı  1439 olub ki, onunda  yanvar ayında  158, fevralda 136, martda 148, apreldı 183, mayda 137, iyunda 93, iyulda 90, avqustda 166, sentyabrda 167,  oktyabr ayında isə  161 akt olub.  Bu aktlardan daxil olmalı vəsaitin həcmi isə 600 min manata yaxın idi. Məcburi icraya yönəldilmiş 1069 aktların hamısı   icraaata qəbul edilmiş və bu günədək onun 742-si icra olunmuşdur.  Müvafiq  icra orqanı tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə ödənilən vəsaitin  həcmi isə 189.454 manat təşkil edib. Aylar üzrə götürdükdə  daha çox iyul ayında 65.901 manat, oktyabr ayında 27.199, may ayında isə  20.438 manat vəsait daxil  olub.”

Sədr qeyd edib ki, bu gün əsas məqsədimiz büdcə daxilolmalarının həcmini artırmağa yönəlib. Büdcə gəlirləri artdıqca biz həm seçicilərimizin qaldırdığı məsələlərin həllini sürətləndirir, digər tərəfdən əməkdaşlarımızın əməkhaqqını artıra bilirik.

Odur ki, vergi ödəyicilərinə  bir daha tövsiyə edərdim ki, tədiyə bildirişlərini alan kimi onu ödəməyə tələssinlər və nəzərə alsınlar ki, noyabrın 15-dən sonra ödənilən vergiyə  qanunvericiliyin tələbinə uyğun olaraq tələbinə uyğun dəbbə pulu hesablanacaqdır. Sakinlərimiz əlavə  pul ödəmək istərmirlərsə vergilərni vaxtında ödəməyi tövsiyə edərdim.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər