Sədr: “Cari ildə bələdiyyənin büdcə gəlirlərindəki artım bizə digər layihələrin də icrasına imkan yaradacaqdır”
“Badamdar
bələdiyyəsi tərəfindən son
dörd il ərzində şəhid
adlarının əbədiləşdirilməsi istiqamətində genişməzmunlu işlər görülmüşdür”- bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Təzəxan Məmmədov bildirib.
Sədr
bildirib ki, Badamdar qəbiristanlığında
11 şəhidin məzarüstü abidəsi qoyulmuş, 3
şəhidin məzarüstü abidəsinin ətrafı abadlaşdırılmış, yaşadıqları evin önündə 14
şəhidin barelyefi , 3 şəhidin vinil lövhəsi,
təhsil aldıqları məktəbin həyətində “Şəhid məzunlarımız “ abidə kompleksi yaradılmış,
şəhidlərin adı verilən küçələrdə 3 şəhidin xatirə lövhəsi vurulmuşdur. Şəhid
ailələrinin müraciətinə əsasən 3 şəhid ailəsinin evi əsaslı şəkildə təmir
olunmuş və bir şəhidin adına bulaq
açılmışdır. Bu layihələr ötən illər ərzində
həyata keçirilən layihələrin bir qismidir.
Sədr
qeyd edib ki, bu layihələrin icrası maliyyə tələb etdiyindən bələdiyyənin vergi
xidməti var gücü ilə çalışır. Həm tədiyə bildirişlərinin paylanılması həyata
keçirilir, həm də sakinlər arasında maarifləndirici söhbətlər aparılır.
Ötən illərdə əldə olunan maliyyə vəsaitinə toxunan sədr bəzi rəqəmlərə də toxunmağı unutmadı: "2019- cu il üzrə cəmi 201.598 manat , ondan əmlak vergisi 179.178 manat, 2020-ci il üzrə cəmi 195.748 manat, ondan əmlak vergisi üzrə 176.961 manat, 2021- ci il üzrə cəmi 270.302 manat, ondan əmlak vergisi üzrə 246.899 manat, 2022-ci il üzrə cəmi 351.609 manat, ondan əmlak vergisi üzrə 321.213 manat, 2023-cü il üzrə cəmi 412.600 manat, o cümlədən əmlak vergisi üzrə 373.379 manat, 2024- cü ilin altı ayı ərzində cəmi 225.990 manat, ondan əmlak vergisi üzrə 212208 manat əldə edilib"
Qeyd
edək ki, büdcə gəlirlərinin artımının bir səbəbi də 2023-cü ilin
sonlarından tətbiq edilən yeniliklə bağlı olub. Belə ki, Adminstrasiyanın bələdiyyələrlə
iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılğı, “Bələdiyyələrin
onlayn xidmət“ mərkəzinin iştirakıyla BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin
məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb.
Cari ildə bələdiyyənin büdcə gəlirlərində 30 fazilik artım gözlənilir. Məhz bu artım bizə əlavə olaraq bir sıra layihələrin də icrasına imkan yaratmış olacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy