Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-11-2024 , 20:59

670

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sədr: “Cari ildə bələdiyyənin büdcə gəlirlərindəki  artım bizə digər layihələrin də icrasına imkan yaradacaqdır”

Badamdar bələdiyyəsi tərəfindən son dörd il ərzində şəhid adlarının əbədiləşdirilməsi istiqamətində genişməzmunlu işlər görülmüşdür”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təzəxan Məmmədov bildirib.

Sədr bildirib ki, Badamdar  qəbiristanlığında 11 şəhidin  məzarüstü abidəsi qoyulmuş, 3 şəhidin məzarüstü abidəsinin ətrafı abadlaşdırılmış, yaşadıqları evin önündə 14 şəhidin barelyefi , 3 şəhidin vinil lövhəsi,  təhsil aldıqları məktəbin həyətində  “Şəhid məzunlarımız “ abidə kompleksi yaradılmış, şəhidlərin adı verilən küçələrdə 3 şəhidin xatirə lövhəsi vurulmuşdur. Şəhid ailələrinin müraciətinə əsasən 3 şəhid ailəsinin evi əsaslı şəkildə təmir olunmuş və bir  şəhidin adına bulaq açılmışdır.  Bu layihələr ötən illər ərzində həyata keçirilən layihələrin bir qismidir.

Sədr qeyd edib ki, bu layihələrin icrası maliyyə tələb etdiyindən bələdiyyənin vergi xidməti var gücü ilə çalışır. Həm tədiyə bildirişlərinin paylanılması həyata keçirilir, həm də sakinlər arasında maarifləndirici söhbətlər aparılır.

Ötən illərdə əldə olunan maliyyə vəsaitinə toxunan sədr bəzi rəqəmlərə də toxunmağı unutmadı: "2019- cu il üzrə  cəmi  201.598  manat , ondan əmlak vergisi 179.178  manat, 2020-ci il üzrə cəmi 195.748 manat,  ondan əmlak vergisi üzrə 176.961 manat,  2021- ci il üzrə cəmi   270.302 manat, ondan əmlak vergisi üzrə 246.899 manat, 2022-ci il üzrə cəmi 351.609 manat, ondan əmlak vergisi üzrə 321.213 manat, 2023-cü il üzrə cəmi 412.600 manat, o cümlədən əmlak vergisi üzrə 373.379 manat,  2024- cü ilin altı ayı ərzində cəmi 225.990 manat, ondan  əmlak vergisi üzrə 212208 manat əldə edilib"

Qeyd edək ki, büdcə gəlirlərinin artımının bir səbəbi də 2023-cü ilin  sonlarından tətbiq edilən yeniliklə bağlı olub. Belə ki, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşəbbüsü və milli bələdiyyə assosiasiyalarının təşkilatçılğı, “Bələdiyyələrin onlayn xidmət“ mərkəzinin iştirakıyla BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi bələdiyyə üçün mühüm rol oynayıb.

Cari ildə bələdiyyənin büdcə gəlirlərində 30 fazilik artım gözlənilir. Məhz bu artım bizə əlavə olaraq bir sıra layihələrin də icrasına imkan yaratmış olacaqdır.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər