Sevinc Atayeva:"Şağan bələdiyyəsinin son iki ildəki səmərəli fəaliyyəti ilə bütün borclar bağlanıb"
"Biz Şağan bələdiyyəsini sədr olaraq 13.392 manat
DSMF borcu ilə təhvil almışdıq. Təəsüf ki, bu borc bələdiyyənin 2012-ci ildən
yaranan borcu idi. İllər boyu bank hesabı bağlı qalan bələdiyyənin yalnız ötən
ildən DSMF borcu bağlanıldıqdan sonra açıldı"-bu fikirləri adıçəkilən bələdiyyənin
sədri Sevinc Atayeva bildirib.
2022-ci ilin aprelindən sədr
seçiləndən sonra bələdiyyənin büdcə gəlirlərində artımın səviyyəsi kifayət qədər
olub.
Əgər
01.01.2020-25.04.2022 aralığında bələdiyyənin ümumilikdə 47.331 manat, o cümlədən 37.687 manat əmlak vergisi üzrə, 9.644 manat
isə torpaq vergi üzrə gəlir olmuşdursa, 25.04.2022-16.10.2024 aralığında ümumi yığım 113.154 manat, ondan 93.604 manat
əmlak vergisi üzrə, 19.549 manat torpaq
vergisi üzrə olub. Hər halda artım göz önündədir:
- 2023-cü və cari ildə həyata
keçirilən layihələrin sayı nə qədər olub?Əsas layihələr daha çox hansı istiqamətdə olub?
- Xəzər rayonu Şağan bələdiyyəsi
tərəfindən 44 günlük II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan,
qürur mənbəyimiz olan şəhidlərimizin dəfn olunduqları ərazidə abadlıq işləri
aparılmaşdır. “Qərib pir” ziyarətgahında olan şəhid abidələrinin qarşı hissəsində
gediş-gəlişin rahatlığı naminə meydança yaradılmış, əraziyə asfalt vurulması
başa çatdırlmış, meydançanın ətraf ərazidən ayrılması məqsədi ilə kənarlarına səki
daşları da düzülmüşdür. Ətrafda çoxsaylı sərv ağacı əkilərək aqrotexniki xidmət
göstərilməkdədir.
- “Şağan bələdiyyəsi fəaliyyətə
başladığı gündən bu dövrə qədər formaşlaşdırılmış sənədlərin Milli Arxiv
İdarəsində fondu yaradılmamışdır. Bələdiyyənin fəaliyyətə başladığı gündən
2016-cı ilə qədər mövcud olan sənədlərin təhvil verilməsi və fond
yaradılması məqsədi ilə Milli Arxiv İdarəsi yanında İdarə Sənədlərini
qaydaya salan mərkəzlə müqavilə bağlanılmışdır.
- Azərbaycanın ərazi
bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi,
ailələrinin sosial problemlərinin həlli Şağan bələdiyyəsinin də xüsusi
diqqətində saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində vətəni ləyaqətlə
qoruyaraq I Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə
ucalan Gözəlov Füzuli Vasib oğlunun ailəsinin yaşadığı Qazmaçılar küçəsi,
ev 40 ünvanında yerləşən dalan yolunun 300 kv.metr hissəsinin
asfaltlaşdırılması işi aparılıb.
- Şağan bələdiyyəsinin əsas
fəaliyyət istiqamətlərindən biri də məhz qəsəbənin yaşıllıq zolağını daha da
genişləndirmək, qəsəbənin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında
ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.Bələdiyyə daha bir
layihəni icra edib Mərdəkan prospektinin qəsəbə ərazisindən keçən
hissəsində çoxsaylı dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir.
- Şağan qəsəbə ərazisində
əhali sayının artması ilə əlaqədar məişət tullantılarının daşınmasında
yaranan çətinlikləri nəzərə alaraq, bələdiyyənin maliyyə dəstəyi ilə
bir çox ərazilərdə tullantı meydançalarında təmzilik işləri aparılmış,
istinad divarları bərpa edilmiş, genişləndirilmiş və suvaq vurularaq rənglənmişdir.
- Əhali sayının artması
ilə əlaqədar məişət tullantılarının daşınmasında yaranan çətinlikləri nəzərə
alaraq, həmçinin əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəldilməsi
məqsədilə həyata keçirilən abadlıq işləri çərçivəsində mövcud tullantı məntəqələrinin
genşləndirilməsi və təmir- bərpa işlərinin aparılması üçün ciddi addımlar
atılıb.
-Şağan bələdiyyəsinin təşəbbüsü
və sakinlərin müraciəti ilə qəsəbə ərazisində mövcud olan küçələrdə
ünvan lövhələrinin vurulması prosesi həyata keçirilmişdir.
- Xəzər rayonu
Şağan bələdiyyəsində “Yaşıl dünya naminə həmrəylik
ili” çərçivəsində bələdiyyənin inzibati binasında həyətyanı
sahəsində təmizlik işləri aparılmış, ağac və dekorativ kollar
budanmış və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
-Hazırda blədiyyənin
BAMS-da yerləşdirilən məlumatların həcmi artıbmı?
2024-cü ilin yanvar
ayından Azərbaycan qəsəbə Bələdiyyələri və Daşınmaz Əmlakın Reystr Xidməti arasında hazırlanmış
layihə əsasında bütün qəsəbə ərazilərində olduğu kimi Şağan qəsəbəsində də mövcud olan
çıxarışların Bələdiyyənin Avtomatlaşdırılmış məlumat sisteminə daxil edilməsi
ilə vergi yığımında artım olmuşdur. Əldə etdiyimiz uğurlarda məhz
inteqrasiyanın mühüm rolu var.
Sədr qeyd edib ki, Şağan bələdiyyəsinin son iki ildəki səmərəli fəaliyyəti ilə bütün borclar bağlanıb.
Belediyye.info
Rəylər
0 Rəy