Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-10-2024 , 10:02

385

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sevinc Atayeva:"Şağan bələdiyyəsinin son iki ildəki  səmərəli fəaliyyəti ilə bütün borclar bağlanıb"

 "Biz Şağan bələdiyyəsini  sədr olaraq 13.392 manat DSMF borcu ilə təhvil almışdıq. Təəsüf ki, bu borc bələdiyyənin 2012-ci ildən yaranan borcu idi. İllər boyu bank hesabı bağlı qalan bələdiyyənin yalnız ötən ildən DSMF borcu bağlanıldıqdan sonra açıldı"-bu fikirləri adıçəkilən bələdiyyənin sədri Sevinc Atayeva bildirib.

2022-ci ilin aprelindən sədr seçiləndən sonra bələdiyyənin büdcə gəlirlərində artımın səviyyəsi kifayət qədər olub.

Əgər 01.01.2020-25.04.2022 aralığında bələdiyyənin ümumilikdə  47.331 manat, o cümlədən  37.687 manat əmlak vergisi üzrə, 9.644 manat isə torpaq vergi üzrə gəlir olmuşdursa, 25.04.2022-16.10.2024 aralığında  ümumi yığım 113.154 manat, ondan 93.604 manat əmlak vergisi üzrə, 19.549 manat  torpaq vergisi üzrə olub. Hər halda artım göz önündədir:

- 2023-cü və cari ildə həyata keçirilən layihələrin sayı nə qədər olub?Əsas layihələr  daha çox hansı  istiqamətdə olub?

- Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən 44 günlük  II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, qürur mənbəyimiz olan şəhidlərimizin dəfn olunduqları ərazidə abadlıq işləri aparılmaşdır. “Qərib pir” ziyarətgahında olan şəhid abidələrinin qarşı hissəsində gediş-gəlişin rahatlığı naminə meydança yaradılmış, əraziyə asfalt vurulması başa çatdırlmış, meydançanın ətraf ərazidən ayrılması məqsədi ilə kənarlarına səki daşları da düzülmüşdür. Ətrafda çoxsaylı sərv ağacı əkilərək aqrotexniki xidmət göstərilməkdədir.

- “Şağan bələdiyyəsi fəaliyyətə  başladığı gündən bu dövrə qədər formaşlaşdırılmış sənədlərin  Milli Arxiv İdarəsində fondu yaradılmamışdır. Bələdiyyənin fəaliyyətə başladığı gündən 2016-cı ilə qədər  mövcud olan sənədlərin təhvil verilməsi və fond yaradılması məqsədi ilə Milli Arxiv İdarəsi yanında  İdarə Sənədlərini qaydaya salan  mərkəzlə müqavilə bağlanılmışdır.

- Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan sakinlərimizin adının əbədiləşdirilməsi, ailələrinin sosial problemlərinin həlli Şağan bələdiyyəsinin də xüsusi diqqətində saxlanılır. Belə ki, görülən tədbirlər çərçivəsində vətəni ləyaqətlə qoruyaraq I Qarabağ müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalan Gözəlov Füzuli Vasib oğlunun ailəsinin yaşadığı Qazmaçılar küçəsi, ev  40  ünvanında yerləşən dalan yolunun 300 kv.metr hissəsinin   asfaltlaşdırılması işi aparılıb.

- Şağan bələdiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz qəsəbənin yaşıllıq zolağını daha da genişləndirmək, qəsəbənin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.Bələdiyyə daha bir layihəni icra edib Mərdəkan prospektinin  qəsəbə ərazisindən keçən  hissəsində çoxsaylı dekorativ gül kolları əkilərək aqrotexniki qulluq göstərilmişdir.

- Şağan qəsəbə ərazisində əhali sayının artması ilə əlaqədar məişət  tullantılarının daşınmasında yaranan çətinlikləri nəzərə alaraq,  bələdiyyənin maliyyə dəstəyi ilə bir çox ərazilərdə tullantı meydançalarında təmzilik işləri aparılmış,  istinad divarları bərpa edilmiş, genişləndirilmiş və suvaq vurularaq rənglənmişdir. 

- Əhali sayının artması ilə əlaqədar məişət  tullantılarının daşınmasında yaranan çətinlikləri nəzərə alaraq, həmçinin  əhaliyə göstərilən  xidmətin səviyyəsini yüksəldilməsi məqsədilə həyata keçirilən abadlıq işləri çərçivəsində mövcud tullantı məntəqələrinin genşləndirilməsi və  təmir- bərpa işlərinin aparılması üçün ciddi addımlar atılıb.

-Şağan bələdiyyəsinin təşəbbüsü və sakinlərin müraciəti ilə qəsəbə ərazisində  mövcud olan küçələrdə  ünvan lövhələrinin vurulması  prosesi həyata keçirilmişdir. 

- Xəzər rayonu Şağan  bələdiyyəsində  “Yaşıl dünya  naminə  həmrəylik  ili” çərçivəsində bələdiyyənin  inzibati  binasında  həyətyanı  sahəsində  təmizlik işləri aparılmış,  ağac və dekorativ kollar budanmış  və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.

-Hazırda blədiyyənin BAMS-da yerləşdirilən məlumatların həcmi artıbmı?

2024-cü ilin yanvar ayından Azərbaycan qəsəbə Bələdiyyələri və Daşınmaz  Əmlakın Reystr Xidməti arasında hazırlanmış layihə əsasında  bütün qəsəbə ərazilərində  olduğu kimi Şağan qəsəbəsində də mövcud olan çıxarışların Bələdiyyənin Avtomatlaşdırılmış məlumat sisteminə daxil edilməsi ilə vergi yığımında artım olmuşdur. Əldə etdiyimiz uğurlarda məhz inteqrasiyanın mühüm rolu var.

Sədr qeyd edib ki, Şağan bələdiyyəsinin son iki ildəki  səmərəli fəaliyyəti ilə bütün borclar bağlanıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər