Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-05-2023 , 17:43

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Buzovna bələdiyyəsi bundan sonra da  həyata  keçirəcəyi layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə  öz töhfəsini verəcəkdir ”

Mətləb Əliyev: “Buzovna bələdiyyəsi bundan sonra da  həyata  keçiriləcək layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə  öz töhfəsini vermiş olacaqdır ”

“Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsi təsdiq etdiyi xüsusi proqrama uyğun olaraq qəsəbə ərazisində çoxsaylı layihələri icra edir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, yubiley ilində vətəndaş müraciətlərinə əsasən artıq iki irihəcmli layihəni başa çatdırıb.  Bu gün isə qəsəbənin Mirzağa Əliyev küçəsinin bir hissəsində aparılan asfalt işlərinə yekun vurulub. Bu layihəni icra etməklə  ərazidə yaşayan 50-dən artıq ailəsinin gediş gəlişində rahatlığı təmin etmiş olduq.

Buzovna bələdiyyəsi olaraq  ölkə başçısı İlham Əliyevin daim tələb etdiyi kimi, xalqın xidmətiçi olaraq vətəndaş məmnunluğunu təmin etmək üçün  daim var qüvvəmizlə çalışırıq.

Bunun üçün isə ilk növbədə  büdcə gəlirlərmizi artırmağı qarşımıza məqsəd qoymuşuq. Vergi xidmətinin əməkdaşları mütəmadi olaraq vergi ödəyiciləriylə maarifləndirici görüşlər keçirir, borclu vergi ödəyicilərmizin olmamasına çalışırıq.

Sədr sonda bildirib ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsinin bütün üzvləri və kollektivi təsdiq edilmiş proqrama uyğun olaraq bundan sonra da həyata  keçiriləcək layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə  öz töhfəsini vermiş olacaqdır.  Bələdiyyəmiz bundan sonra da fəaliyyətimizdə vətəndaş-bələdiyyə münasibətlərinin şəffaf və demokratik prinsiplərə uyğun inkişafına çalışacaqdır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər