Habil Həmidov: “Məqsədimiz qəsəbədə daha rahat və əlverişli yaşayış mühitinin formalaşmasına dəstək olmaqdır”
“Binə
Bələdiyyəsi qəsəbə sakinlərinin problemlərinin həlli istiqamətində fəaliyyətini
davam etdirir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri
Habil Həmidov deyib .
Sədr qeyd edib ki, Binə Bələdiyyəsi daim qəsəbə sakinlərinin
müraciətlərinin dinlənilməsi, mövcud problemlərin araşdırılması və onların həlli
istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır.
Bu gün sakinlərin sosial rifahının yaxşılaşdırılması, onları
narahat edən məsələlərin diqqətdə saxlanılması və qəsəbənin inkişafına töhfə
verilməsi bələdiyyənin fəaliyyətinin əsas
fəaliyyət istiqamətlərindən biridir. Bu məqamda bələdiyyə tərəfindən vətəndaşların
müraciətlərinə həssaslıqla yanaşılması, problemlərin aidiyyəti qurumlarla birgə
həlli yollarının araşdırılması mühüm əhəmiyyət daşıyır.
Binə bələdiyyəsi sakinlərin daim təklif və müraciətlərini nəzərə
almağa, maliyyə imkanları çərçivəsində
sakinlər tərəfindən qaldırılan problemlərin aradan qaldırılması üçün müvafiq
addımlar atmağa çalışır. Bu gün kollektivin əsas məqsədi qəsəbədə daha rahat və əlverişli yaşayış
mühitinin formalaşmasına dəstək olmaqdır.
Belediyye.info
Rəylər
0 Rəy