Nərimanov rayon ictimaiyyəti Zəfər parkını ziyarət edib
27 Sentyabr – Anım Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, Nərimanov bələdiyyəsinin rəsmiləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri, habelə rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və suverenliyin bərqərar olunmasında canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi yad edilib, parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.
Bundan əvvəlki gün isə Nərimanov
rayonunda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin,
həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş 27
sentyabr – Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq təşkil
edilən aksiyada Abşeronun iqliminə uyğun ağaclar əkilib.
Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.
Rəylər
0 Rəy