Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-03-2026 , 23:00

288

Son xəbərlər

Bütün xəbərlər

Bu yol bələdiyyələri uğura apara bilər 

Elmi-Praktik Məsələlər
23-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi bundan sonra da ehtiyacı olan ailələrə öz qayğısını əsirgəməyəcəkdir”


“Bizim qəsəbə bələdiyyəsi olaraq əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaq, onların problemlərini dinləmək və həlli ilə bağlı addım atmaqdır. Ancaq bütün bu proseslərdə əhalinin həssas qruplarına maddi-mənəvi dəstəyin göstərilməsi də unudulmamalıdır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr bildirib ki, bələdiyyənin üzv və qulluqçularının iştirakı ilə mütəmadi olaraq şəhid, qazi və aztəminatlı ailələrlə görüşlərin keçirilməsi artıq bələdiyyədə ənənəyə çevrilib. Dekabr ayında təsdiq edilən büdcə layihəsində də sosial layihələrin icrası ilə bağlı məqamlar öz əksini  tapıb.

Bələdiyyə iclasının qərar ilə Ramazan və Novruz bayramı ərəfəsində bələdiyyənin rəsmilərinin və qulluqçularının iştirakı ilə qəsəbə ərazisində olan 50 nəfər şəhid, qazi, veteran və aztəminatlı ailəyə bayram sovqatı paylanılmışdır. Hər bir görüşdə dövlət tərəfindən  əhalinin həssas qrupuna aid insanlara göstərilən qayğıdan danışılmışdır. Bununla yanaşı dövlət tərəfindən göstərilən  qayğıya bələdiyyəin də dəstək göstərdiyi qeyd edilmişdir.

Hər bir şəhid, qazi, veteran və aztəminatlı ailənin üzvləri dövlətin onlara göstərdikləri diqqətə görə təşəkkürlərini bildiriblər. Bununla yanaşı bələdiyyənin bu addımını da razılıqla qarşılamışlar.

Sədr qeyd edib ki, Buzovna bələdiyyəsi bundan sonra da ehtiyacı olan ailələrə öz qayğısını əsirgəməyəcəkdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər