İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi bundan sonra da ehtiyacı olan ailələrə öz qayğısını əsirgəməyəcəkdir”
“Bizim qəsəbə bələdiyyəsi olaraq əsas məqsədimiz seçicilərimizə verdiyimiz sözü tutmaq, onların problemlərini dinləmək və həlli ilə bağlı addım atmaqdır. Ancaq bütün bu proseslərdə əhalinin həssas qruplarına maddi-mənəvi dəstəyin göstərilməsi də unudulmamalıdır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədr bildirib ki, bələdiyyənin üzv və qulluqçularının iştirakı
ilə mütəmadi olaraq şəhid, qazi və aztəminatlı ailələrlə görüşlərin keçirilməsi
artıq bələdiyyədə ənənəyə çevrilib. Dekabr ayında təsdiq edilən büdcə layihəsində
də sosial layihələrin icrası ilə bağlı məqamlar öz əksini tapıb.
Bələdiyyə iclasının qərar ilə Ramazan və Novruz bayramı ərəfəsində
bələdiyyənin rəsmilərinin və qulluqçularının iştirakı ilə qəsəbə ərazisində
olan 50 nəfər şəhid, qazi, veteran və aztəminatlı ailəyə bayram sovqatı paylanılmışdır.
Hər bir görüşdə dövlət tərəfindən əhalinin
həssas qrupuna aid insanlara göstərilən qayğıdan danışılmışdır. Bununla yanaşı dövlət
tərəfindən göstərilən qayğıya bələdiyyəin
də dəstək göstərdiyi qeyd edilmişdir.
Hər bir şəhid, qazi, veteran və aztəminatlı ailənin üzvləri dövlətin
onlara göstərdikləri diqqətə görə təşəkkürlərini bildiriblər. Bununla yanaşı bələdiyyənin
bu addımını da razılıqla qarşılamışlar.
Sədr qeyd edib ki, Buzovna bələdiyyəsi bundan sonra da
ehtiyacı olan ailələrə öz qayğısını əsirgəməyəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy