Aksiya çərçivəsində 30 min ağac və gül kollarının əkilməsi nəzərdə tutulur
18.10.2024-cü il tarixdə Xətai RİH-in təşəbbüsü və Xətai bələdiyyəsinin təşkilatçılığı
ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına
start verilib. Aksiyada rayon rəhbərliyi, bələdiyyənin üzv və qulluqçuları, idarə, müəssisə və təşkilatların
əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində rayon ərazisində yerləşən magistral
yolların kənarında müxtəlif növ ağac və gül kolları əkilir.
Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması, 30 000 ədəd ağac və kol bitkilərinin əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Rəylər
0 Rəy