Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-10-2024 , 09:04

456

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz  Tağıyev: “Olimpiya çempionuna aylıq təqaüd veriləcək”

“Bu günlərdə Nərimanov bələdiyyəsində keçirilən iclasda XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında çıxış etmiş paraatlet, həm də Nərimanov rayon sakini Lamiyə Vəliyevaya üzvlərin yekdil qərarıyla aylıq təqaüdün kəsilməsi qərara alınıb”- bu barədə fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev deyib. 

Sədr bildirib ki, bu barədə  qərarı ilk dəfə Qərbi Azərbaycan icmasında  olmpiya çempionu ilə keçirilən  görüşdə bələdiyyə tərəfindən ona aylıq təqaüdün təyin edildiyini elan edilib. Həmin görüşdə sədr paraatlet Lamiyə Vəliyevanı təbrik edərək, onun  çıxışının bütün Azərbaycan gəncləri üçün bir örnək olduğunu qeyd edib.

Təmraz Tağıyev bildirib ki,  Nərimanov bələdiyyəsi tərəfindən həmçinin rayon ərazisində yaşayan yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir. Bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. 

Qeyd edək ki, təqaüdlərin kəsilməsi bələdiyyənin təsdiq etdiyi sosial proqramın əsas istiqamətidir.

Beeldiyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər