Təmraz Tağıyev: “Olimpiya çempionuna aylıq təqaüd veriləcək”
“Bu günlərdə Nərimanov bələdiyyəsində keçirilən iclasda XVII Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında çıxış etmiş paraatlet, həm də Nərimanov rayon sakini Lamiyə Vəliyevaya üzvlərin yekdil qərarıyla aylıq təqaüdün kəsilməsi qərara alınıb”- bu barədə fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri, Qərbi Azərbaycan İcması Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev deyib.
Sədr bildirib ki, bu barədə qərarı ilk dəfə Qərbi Azərbaycan icmasında olmpiya çempionu ilə keçirilən görüşdə bələdiyyə tərəfindən ona aylıq təqaüdün təyin edildiyini elan edilib. Həmin görüşdə sədr paraatlet Lamiyə Vəliyevanı təbrik edərək, onun çıxışının bütün Azərbaycan gəncləri üçün bir örnək olduğunu qeyd edib.
Təmraz Tağıyev bildirib ki, Nərimanov bələdiyyəsi tərəfindən həmçinin rayon ərazisində yaşayan yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir. Bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir.
Qeyd edək ki, təqaüdlərin kəsilməsi bələdiyyənin təsdiq etdiyi sosial proqramın əsas istiqamətidir.
Beeldiyye.info
Rəylər
0 Rəy