Şağan bələdiyyəsi daha bir layihəyə imza atıb
Ətraf mühitin qorunması hər birimizin
başlıca vəzifəsidir. Azərbaycanın
2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən
biri “Təmiz ətraf mühit və yaşıl artım
ölkəsi” kimi müəyyən edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 25 dekabr 2023-cü il
tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Yerli idarəçilikdə dövlət səviyyəsində qəbul
edilən ekoloji proqramlar daim izlənilir və bu istiqamətdə bir çox işlər həyata
keçirilir.
Xəzər rayonu Şağan bələdiyyəsində “Yaşıl dünya
naminə həmrəylik ili” çərçivəsində bələdiyyənin inzibati
binasında həyətyanı sahəsində
təmizlik işləri aparılmış, ağac və
dekorativ kollar budanmış və
yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Bu günümüzü, gələcəyimizi sağlam yaşamaq üçün təbiəti, ətraf mühiti qorumaq borcumuzdur.
Xəzər rayonu Şağan bələdiyyəsi
Rəylər
0 Rəy