Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-09-2024 , 14:42

792

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “27 sentyabr günü  xalq olaraq bütövləşməyimizin,   kamilləşməyimizin  həm də başlanğıc nöqtəsidir” 

 “27 sentyabr rəsmən anım günü kimi qeyd edilsə də, bu gün həm də ərazi bütövlüyümüzün bərpasının  başlanğıcının ilk günüdür.  Bu günü xalq olaraq bütovləşməyimizin,   kamilləşməyimizin  başlanğıc nöqtəsi də hesab etmək olar.  Həqiqətən fəxr ediləsi tarixi günləri yaşamışıq və yaşayırıq" - bu fikirləri Belediyye.infoya  Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev bildirib.   

Sədrin sözlərinə görə, Azərbaycanın parlaq qələbəsi oz başlanğıcını məhz bu gündən 27 sentyabrdan götürür.  Xalqımız Ali Baş komandan cənab İlham Əliyevin ətrafında “Dəmir yumruq” tək  sıx birləşərək bu möhtəşəm qələbəyə nail oldu.

Bəli, cənab İlham Əliyev özünün mükəmməl qərarlarıyla tarix yazdı. Müstəqilliyə qədəm qoyduğumuz bir vaxtda ciddi çətinliklərlə üz-üzə qalsaq da heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi.

Bu gün Xətai bələdiyyəsi olaraq ərazimizdə olan şəhid və qazi ailələrinə daim diqqət və qayğılarını əsirgəmir və əldə etdiyi maliyyə vəsaitinin kifayət qədər böyük bir hissəsini məhz bu yolda xərcləyir. Sentyabr ayı ərzində şəhidlərin xatirəsinə həsr olunan dörd layihənin icrası başa çatdırılıb.

Bu layihələrin bələdiyyə iclasında müzakirəsi zamanı  bütün üzvlərin yekdilliklə müsbət qərar verməsi Xətai bələdiyyəsinin şəhidlərə göstərdiyi diqqət kimi də qəbul etmək olar.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər