Martın 17-də Avropa ittifaqının maliyyə dəstəyi ilə BMT inkişaf Proqramı tərəfindən şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən “iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı çərçivəsində seçilmiş Azərbaycan altı yerli özünüidarəetmə orqanının nümayəndələri ilə görülmüş işlər barədə görüş keçirilib.
AZəRTAC xəbər verir ki, görüşdə çıxış edən BMT-nin inkişaf Proqramının (UNDP) Azərbaycan üzrə rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Keyroş bildirib ki, bu təşəbbüs Azərbaycanda yerli özünüidarəetmə orqanlarına ünvanlanan bir ilkdir. Qeyd edib ki, layihənin Azərbaycana gətirdiyi innovativ yanaşmalar – Portfel Səyahəti və şəhər Transformasiyası - ənənəvi layihə idarəçiliyindən daha geniş sistematik dəyişikliklərə keçmək və sakinləri diqqət mərkəzində saxlamaq istiqamətində işlərini davam etdirəcək.
BMT iP-nin istanbul Regional Mərkəzindən “iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsinin regional layihə rəhbəri Tina Stoum çıxışında deyib: “Azərbaycanda bu layihəyə bir ildir başlamışıq. Bu layihə yeni düşüncənin, yeni metodların təqdim edilməsi ilə bağlıdır”.
Azərbaycan Respublikası ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Elmin Həsənov çıxışında bu layihənin önəmini vurğulayaraq deyib: “Bu layihə ədliyyə nazirliyinin diqqət mərkəzindədir. Layihə Milli Məclisdə xüsusi olaraq müzakirə edilib”.
“iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsinin rəhbəri Cavid Məmmədov hər istiqamətdə fəaliyyət göstərdiklərini və Azərbaycanın hər tərəfini əhatə edəcəklərini bildirib. O deyib: “Bizimlə olan bələdiyyə və yerli özünüidarəetmə orqanlarının təcrübələrini bölüşəcəyik. Biz artıq layihələr və istiqamətlər üzrə işləməyə başlamışıq”.
Görüşdə Avropa ittifaqının və BMT inkişaf Proqramının Azərbaycan və istanbul Regional Ofislərinin nümayəndələri tərəfindən qiymətləndirilərək seçilmiş “Portfel Səyahəti” üzrə Xırdalan şəhər bələdiyyəsi və içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi, “şəhər Transformasiyası” üzrə isə Mingəçevir, Naftalan, Səbail və Urva bələdiyyələrinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, inkişaf layihələrini maliyyələşdirmək üçün 4 bələdiyyə - Naftalan, Mingəçevir, Urva (Qusar rayonu) və Səbail bələdiyyələri hər biri 60 min avro, Xırdalan və içərişəhər bələdiyyələri isə hər biri 240 min avro məbləğində qrant qazanıblar.
“iqtisadi inkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı Azərbaycanda 2022-ci ilin martında fəaliyyətə başlayıb və proqrama Azərbaycan üzrə 55 yerli özünüidarəetmə üzv olub.
https://azertag.az/xeber/2536931
Rəylər
0 Rəy