Əlihüseyn Ağayev: “Büdcə gəlirləri artdıqca sakinlərə göstərilən xidmət səviyyəsi də yüksəlir”
Sabunçu rayonu, Nardaran bələdiyyəsində gələn ilin büdcə layihəsinin müzakirəsi keçirilib. 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirlərinin 330 min manat təşkil etməsi proqnozlaşdırılır. Növbəti ildə büdcə xərclərinin əsas hissəsinin qəsəbənin abadlaşdırılmasına və yeni abad məhəllələrin salınmasına yönəldilməsi nəzərdə tutulur.
Bu barədə
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Əlihüseyn Ağayev məlumat verib.
Sədr
bildirib ki, bununla yanaşı, büdcə layihəsində vətəndaşların müraciətləri əsasında
qaldırılan problemlərin həlli üçün də maliyyə vəsaitinin ayrılması nəzərdə
tutulub.
Onun sözlərinə
görə, bələdiyyə fəaliyyətinin bütün mərhələlərində əsas diqqət büdcə gəlirlərinin
artırılmasına yönəldilir. Bu məqsədlə sakinlərlə mütəmadi olaraq maarifləndirici
görüşlər keçirilir. Görüşlər zamanı vergi ödəyicilərinə bələdiyyə vergilərinin
vaxtında ödənilməsinin əhəmiyyəti izah olunur, büdcə gəlirlərinin artmasının
sakinlərin qaldırdıqları problemlərin daha operativ həllinə imkan yaratdığı
diqqətə çatdırılır.
Əlihüseyn
Ağayev məhz bu maarifləndirmə tədbirlərinin nəticəsi olaraq bələdiyyə büdcəsinin
gəlirlərində əhəmiyyətli artımın qeydə alındığını bildirib.
Sədrin
sözlərinə görə, 2025-ci ilin ilk 10 ayında bələdiyyənin gəlirləri 103 644 manat
təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 240 785 manata
yüksəlib. Bu isə gəlirlərin 137 141 manat artması deməkdir.
“Büdcə gəlirləri artdıqca sakinlərə göstərilən xidmətlərin səviyyəsi də yüksəlir. Bu gün Nardaran bələdiyyəsinin kollektivinin əsas məqsədi məhz büdcə gəlirlərini artırmaqla qəsəbə sakinlərinin problemlərinin daha operativ həllinə nail olmaq və onlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir”, – deyə Əlihüseyn Ağayev vurğulayıb.
Belediyye.info
Rəylər
0 Rəy