Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-09-2026 , 22:25

128

Son xəbərlər

Bütün xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Səkkiz ay ərzində büdcə gəlirlərində 55 faizlik artım müşahidə olunub”

“Cari ilin səkkiz ayı ərzində bələdiyyənin büdcə gəlirlərinin həcmi  503.058 manata bərabər olub. Əldə olunan vəsaitin 474.654 manatı əmlak vergisindən,19.469 manatı torpaq vergisindən, 8.935 manatı isə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən daxil olub. Bu isə 2024- cü illə müqayisədə 55 faizlik artıq deməkdir”-bu fikriləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib.

 Sədr bildirib ki, 2024-cü ilin 8 ayında bələdiyyənin əldə etdiyi büdcə gəlirlərinin həcmi 323.630 manat təşkil etmişdi ki, onun da  302.464 manatı əmlak vergisindən, 18.999 manatı torpaq vergisindən, 2.167 manatı isə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən daxil olmuşdu.  Beləliklə, əmlak vergisi üzrə 56 fazilik artım, torpaq vergisi üzrə 2 faizlik artım, mehmanxana ödənişlərindən isə 3.1 dəfəlik artım müşahidə olunub.

 Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin hazrıda əsas diqqəti Bələdiyyələrin Vahid İnformasiya Sistemindəki boşluqarın aradan qaldırılmasına yönəldilib.  Bunun üçün vergi ödəyicilərinin məlumat bazası dəqiqləşdirilir.  Cari ilin sonunadək artım tempini saxlamaq niyyətindəyik.

 Sədr bildirib ki, cari ilin avqust ayı üzrə bələdiyyənin büdcə daxilolmalarının həcmi 70 min manata yaxın olub.

Sədr inandığını bildirib ki, kollektivin birgə səyi ilə qarşıya qoyulan hədəfə çatacağıq. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər