Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 19:33

155

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Xətai bələdiyyəsi cari ilin altı ayında inzibati  ərazisində 17 layihə həyata keçirib”

“Xətai bələdiyyəsinin büdcə gəlirləri 2026-cı ilin altı ayında 1.263.603 manat olmuşdur ki, bununda 1.046.425 manatı əmlak vergisindən, 20.763 manatı torpaq vergisindən, 9.652 manatı bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən, 170.301 manatı mehmanxana rüsumlarından, 745 manatı dayanacaq ödənişlərindən,  15.717 manatı səyyar ticarət və digər ödənişlərdən daxil olub”-bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.

2024-cü illin birinci yarısı ilə müqayisədə bələdiyyə büdcəsində ciddi artımın müşahidə olunduğunu qeyd ediən  sədr Elşad Vəliyev bildirib ki, Xətai bələdiyyəsinin 2026-cı ildə qarşısına qoyduğu əsas məqsəd bələdiyyənin inzibati ərazisində olan bütün vergi ödəyicilərini uçota alaraq büdcə gəlirlərini maksimum həddə çatdırmaqla sakinlərin iqtisadi, sosial, ekoloji, maddi və hüquqi problemlərinin həllinə köməklik göstərməkdir.

Bələdiyyə cari ilin altı ayında əldə etdikləri gəlirləri ilə bələdiyyənin inzibati ərazisində 17 layihə həyata keçirmişdir. Keçirilən layihələrin əksəriyyətini ərazidə aparılan abadlıq işləri, maddi yardımlar, Ramazan bayramı, Novruz bayramı, Qurban bayramlarında şəhid və qazi ailələrinə və uşaq evində məskunlaşmış uşaqlara tədbirlərin keçirilməsi və sovqatlar paylanmasını təşkil edib.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3113