Təhsildə uğur qazanmış məzunlara bələdiyyə tərəfindən “Təşəkkürnamə”lər təqdim edilib
13 iyun 2026-cı il tarixində 259 və 69 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri
giriş sözü ilə açan məktəbin direktoru Venera Mustafayeva məzunları təbrik edərək
bildirdi ki, məktəb illərində qazandıqları bilik və dəyərlər onların gələcək
uğurlarının əsasını təşkil edəcək. O, məzunlara yeni həyat mərhələsində uğurlar
arzuladı. Daha sonra buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərə
təltifnamələr təqdim olundu.
Tədbirdə həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini Samir Ağalarov, Balaxanı Kənd Ağsaqqallar Şurasının sədri Hacı Həsən, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal Hüseynov və Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova çıxış edərək məzunları təbrik etdilər, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzuladılar.
Sonda hər iki məktəbdə təhsildə uğurlu naliyyətlər qazanmış məzunlara Balaxanı bələdiyyəsi tərəfindən təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib.
Belediyye.info
Rəylər
0 Rəy