Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-06-2026 , 20:36

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tədbir bələdiyyənin iştirakı ilə keçirilib

Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Yeni Azərbaycan Partiyası təşkilatının birgə təşkilatçılığı, Sahil bələdiyyəsinin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir çərçivəsində azyaşlı uşaqlarla görüş təşkil olunmuş, onların bayram sevinclərinin artırılması məqsədilə müxtəlif hədiyyələr təqdim edilmişdir. Uşaqlara göstərilən diqqət və qayğı onların sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.

Tədbir iştirakçıları uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulamış, ölkəmizdə uşaqların hüquq və mənafelərinin qorunmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışlar. Bayram tədbiri uşaqların böyük sevinc və məmnuniyyəti ilə qarşılanmışdır.













 

Rəylər

0 Rəy


Rəy yaz