Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-05-2026 , 20:17

111

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova: “Bələdiyyənin vergi xidməti borclu sakinlərlə  sistemli iş aparır”


“Bu gün Balaxanı bələdiyyəsi vergi borcu olan vətəndaşlarla ciddi və sistemli iş aparır. Əvvəlcə vətəndaşın sosial durumu təhlil edilir və borcun yaranmasına aydınlıq gətirilir. Sonra borclu vergi ödəyicisi ilə görüş keçirilərək vəziyyətə aydınlıq gətirilir. Etiraf edək ki, biz bələdiyyə olaraq, məsələnin hüquq müstəvisinə çıxmasına maraqlı deyilik” - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.

Xanlm sədr qeyd edib ki, 2026-cı ilin beş   ayı ərzində icra probasiyaya 42 vergi ödəyicisi ilə bağlı  akt göndərilmişdir. Göndərilən aktlardan yerli  büdcəyə daxil olmalı vəsaitin həcmi 15.728 manat təşkil edir.  Bu günədək həmin vəsaitdən 1.303 manatı bələdiyyə büdcəsinə daxil olub.

Sədr onu da əlavə edib ki, ötən ilin müvafiq dövründə  icra-probasiyadan daxil olan vəsaitin həcmi 323 manat olub.

Bu gün vergi xidmətinin əməkdaşları qarşıların qoyulıan hədəfə doğru irəliləyir və bununla bağlı BAMS-ın verdiyi bütün imkanlardan yaralanmğa çalışırlar.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər