Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2026 , 20:06

108

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov:Maştağa bələdiyyəsi olaraq vətəndaş müraciətlərinə bundan sonra da  operativ yanaşacağıq”

“Bələdiyyə tərəfindən qəsəbə ərazisində abadlıq və yol-təmir işləri üzvlərin iştirakı ilə keçirilən iclasda  təsdiq edilən proqrama uyğun şəkildə davam etdirilir”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, Maştağa qəsəbəsi, Tərəvəzçilik–Südçülük sovxozu ərazisində yaşayan sakinlərin küçədaxili yolların yararsız vəziyyətdə olması ilə bağlı  Maştağa bələdiyyəsinə kollektiv müraciəti nəzərə alınaraq məsələ iclasda müzakirəyə çıxarılmışdır. 19.05.2026-cı il tarixli, 10 saylı protokola əsasən müraciət müsbət qiymətləndirilmiş və müvafiq qərar qəbul edilmişdir.  Qəbul olunmuş qərara uyğun olaraq qeyd olunan ərazidə abadlıq və cari yol təmir işləri həyata keçirilmiş, yollar xüsusi texnikalar vasitəsilə hamarlanmış, mövcud çuxurlar doldurularaq möhkəmləndirilmiş və yol səthi bərabərləşdirilərək istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

Görülmüş işlər nəticəsində ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşmış, piyadaların təhlükəsizliyi təmin olunmuş və sakinlərin gündəlik rahatlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Sədr bildirib ki, Maştağa bələdiyyəsi olaraq vətəndaş müraciətlərinə operativ yanaşaraq bundan sonrada qəsəbə ərazisində abadlıq  və yol-təmir işlərinin davamlı şəkildə həyata keçirilməsi təmin edəcəyik.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1349