Bələdiyyə layihə icra etdi, icra başçısı bu məlumatı paylaşdı
Bələdiyyənin icra etdiyi layihə barədə məlumatı icra başçısı paylaşdı. Bu hal bizim üçün də maraqlı gəldi. Çünki bir çox hallarda icra hakimiyyətinin təşəbbüsü və tövsiyəsi ilə hansısa layihə bələdiyyə tərəfindən icra olunur. Layihə yekunlaşır, haqqında məlumat paylaşılır, ancaq bələdiyyənin bir yerdə adı çəkilmir. Suraxanı rayonunda isə tamam başqa mənzərə yaranıb. Mətləbə keçək.
Bu gün Adil
Əliyevin Suraxanı RİH-başçısı vəzifəsinə təyinatından sonra rayonda bələdiyyə-icra
münasibətləri sivil müstəviyə keçməklə bərabər, həm də təcrübəsi yayıla biləcək
bir səviyyəyə çatması danılmaz faktdır. Rayonda formalaşan bələdiyyələrə RİH tərəfindən
göstərilən diqqət, yerli orqanların qarşılaşdığı problemlərin həllinə zamanında
dəstəyin göstərilməsi diqqətiçəkən məqamdır.
Bu gün
Adil Əliyevin öz sosial media profilindəki hesabında Qaraçuxur bələdiyyəsinin fəaliyyətini
paylaşması bütün hallarda yuxarıda söylədiyimiş fikirləri əyani şəkildə təsdiq
edir.
Paylaşılan
məlumatda bildirilir ki, Suraxanı rayonunda abadlıq işləri geniş miqyas alaraq
qəsəbələrdə təmir-bərpa işləri davam etdirilir. Rayonun yol infrastrukturunun
yaxşılaşdırılması da əsas prioritet məsələlərdəndir və bu istiqamətdə tədbirlər
həyata keçirilir. Qeyd edək ki, hazırda
Qaraçuxur bələdiyyəsi tərəfindən N.İsmayılov, R.Alıcanov, C.Qurbanov küçələrinin
kəsişməsində 2200 kv.m asfaltlanma işləri aparılır.
Həmçinin,
rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli
şəkildə həyata keçiriləcək.
Əlavə olaraq qeyd edək ki, Qaraçuxur bələdiyyəsi
bundan əvvəl qəsəbənin mərkəz küçəsi
hesab olunan Əhməd Möhbalıyev küçəsində aparılan, həyata keçirilən layihəyə əsaslı
şəkildə öz dəstəyini göstərmişdi.
Görünən
odur ki, Qaraşçuxur bələdiyyəsi Suraxanı rayonunun da aparılan quruculuq işlərinə
öz töhfəsini layiqincə verir.
Məsələ ilə
bağlı adıçəkilən bələdiyyənin sədri İxdiyar Nəcəfov Belediyye.infoya açıqlamasında
bildirib ki, Qaraçuxur bələdiyyəsi tərəfindən qəsəbədə vətəndaş məmnunluğunun təmin
edilməsinə daim dəstəyini göstərir.
Sədr qeyd
edib ki, bu gün Suraxanı RİH-tərəfindən atılan hər bir addım sakinlərin sosial-rifah
halının yaxşılaşdırılmasına söykənir. Hazırda Qaraçuxur bələdiyyəsiniun vergi
xidməti həyata keçiriləcək layihələrin icrasını təmin etmək üçün var qüvvə ilə
çalışır. Məhz bələdiyyədə hökm sürən birliiyin və səmimiyyətin nəticəsində büdcə
gəlirlərində diqqətiçəkən artımlar müşahidə olunub. Bu gün əldə etdiymiz hər
bir manat nəticə etibarı ilə sakinlərin qaldırdığı problemlərin həllinə
yönıldilir.
Sədr sonda
qeyd edib ki, fəaliyyətimizi bundan sonra bu yuxarıda söylənilən prinsiplərə
uyğun davam etdirmək niyyətindəyik.
Əlavə edək
ki, icra başçısı bələdiyyənin həyata keçirdiyi layihəni paylaşması, fikrimizcə təqdirəlayiq bir haldır. Və bu cür qarşılıqlı münasibət digər RİH
başçlları üçün də bir örnək olmalıdır.
Belediyye.info
Rəylər
0 Rəy