Vergi xidmətinin rəhbəri: “Cari ildə əsas hədəfimiz artıq 300 min manatı toplamaqdır”
“Bələdiyyənin vergi xidməti ötən il var qüvvəsi ilə çalışıb. Nəticədə yerli veriglərin həcmində 31 faizlik artıma nail olunub”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Xidmət
rəhbərinin sözlərinə görə, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovun ilk
gündən qarşımıza qoyduğu əsas vəzifə büdcə gəlirlərini artırmaq, debitor
borcların yığılmasını təmin etmək, ən əsası isə vergi ödəyiciləri ilə mütəmadi
görüşlərin keçirilməsi olub.
Ötən
ilin büdcə layihəsinin müzakirəsi zamanı vergi xidməti olaraq bizim də irəli
sürdüyü təkliflər bələdiyyə üzvləri tərəfindən məqbul sayıldı. Cari ildə əsas hədəfimiz
artıq 300 min manatı toplamaqdır.
Rizvan
Rəhimov bildirib ki, əgər 2024-cü ildə ümumilikdə 155.134 manat əldə etmişdiksə, bu gün bu rəqəm
203.495 manat təşkil edib. Bu isə öz növbəsində 31 faizlik artım deməkdir. Əgər 2024-cü ildə
118.433 manat əmlak və 36.701 manatlıq torpaq vergisi yığlımışdısa, 2025- ci ildə
müvafiq olaraq 147.560 manatlıq əmlak,
55.935 manatlıq torpaq vergisı yığılmışdır. Bu bizim üçün son hədd deyil.
Nəzərə
alsaq ki, növbəti ildən vergi ödəyicilərinə
bildirişlər onlyan şəkildə paylanılacaq, demək biz indidən bu prosesin icrasına
hazır olmalı, hər bir vergi ödəyicisi haqqında məlumatları əldə etməliyik.
Bütün
hallarda bələdiyyənin büdcə daxilolmalarının həcmi artdıqca sakinlərin qaldırdığı
problemlərin həllində də operativlik artır.
Odur ki inanıram ki, həm yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının verdiyi imkandan, həm səriştəli kollektiv üzvlərinin iştirakı, həm də sədrimizin dəstəyi ilə cari ildə qarşımıza qoyduğumuz hədəfə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy