Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-01-2026 , 18:37

1421

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vergi xidmətinin rəhbəri: “Cari ildə əsas hədəfimiz artıq 300 min manatı toplamaqdır”


“Bələdiyyənin vergi xidməti ötən il var qüvvəsi ilə çalışıb. Nəticədə yerli veriglərin həcmində 31 faizlik artıma nail olunub”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.

Xidmət rəhbərinin sözlərinə görə, Şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanovun ilk gündən qarşımıza qoyduğu əsas vəzifə büdcə gəlirlərini artırmaq, debitor borcların yığılmasını təmin etmək, ən əsası isə vergi ödəyiciləri ilə mütəmadi görüşlərin keçirilməsi olub.

Ötən ilin büdcə layihəsinin müzakirəsi zamanı vergi xidməti olaraq bizim də irəli sürdüyü təkliflər bələdiyyə üzvləri tərəfindən məqbul sayıldı. Cari ildə əsas hədəfimiz artıq 300 min manatı toplamaqdır. 

Rizvan Rəhimov bildirib ki, əgər 2024-cü ildə ümumilikdə  155.134 manat əldə etmişdiksə, bu gün bu rəqəm 203.495 manat təşkil edib. Bu isə öz növbəsində 31  faizlik artım deməkdir. Əgər 2024-cü ildə 118.433 manat əmlak və 36.701 manatlıq torpaq vergisi yığlımışdısa, 2025- ci ildə müvafiq olaraq  147.560 manatlıq əmlak, 55.935 manatlıq torpaq vergisı yığılmışdır. Bu bizim üçün son hədd deyil.

Nəzərə alsaq ki,  növbəti ildən vergi ödəyicilərinə bildirişlər onlyan şəkildə paylanılacaq, demək biz indidən bu prosesin icrasına hazır olmalı, hər bir vergi ödəyicisi haqqında məlumatları əldə etməliyik.

Bütün hallarda bələdiyyənin büdcə daxilolmalarının həcmi artdıqca sakinlərin qaldırdığı problemlərin həllində də operativlik artır.

Odur ki inanıram ki, həm yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının verdiyi imkandan, həm səriştəli kollektiv üzvlərinin iştirakı,  həm də  sədrimizin dəstəyi ilə cari ildə qarşımıza qoyduğumuz hədəfə çatacağıq. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər