Orxan Adıgözəlzadə yenidən bələdiyyə sədri seçilib
Sumqayıt Bələdiyyəsində yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası baş tutub.
Səsvermə nəticəsində Orxan Adıgözəlzadə sədr seçilib. O bundan əvvəl həmin vəzifəni icra edib.
Birinci müavin vəzifəsinə isə əvvəlki beşillikdə də müavin postunu tutan Nərmin Mehdiyeva seçilib.
Qeyd edək ki, Orxan Adıgözəlzadə 44 günlük "Vətən müharibəsi" iştirakçısıdır. O, "Şuşanın azad olunmasına görə," Xocavəndin azad olunmasına görə"," Füzulinin azad olunmasına görə "," Zəfər " və" Vətən müharibəsi iştirakçısı "medalları ilə təltif edilib.
Rəylər
1 Rəy
SƏFƏROVA GÜLNAZ
19-02-2025, 4 ay əvvəl
Hörmətli Orxan müəllim,sizi yenidən Sumqaylt şəhər Bələdiyyəsinin sədri seçilməyiniz münasibətilə Sumqaylt şəhər Veteranlar Təşkilatının çoxsaylı veteranları adından təbrik edirəm.Bu çətin və məsuliyyətli içinizdə sizə uğurlar arzu edirəm.🙏
Cavabla