Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-03-2025 , 20:37

1097

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Novruz bayramı Hacı Zeynalabdin qəsəbəsində böyük təntənə ilə qeyd edilib

Bolluğun, bərəkətin və xeyirxahlığın rəmzi olan Novruz bayramı 17.03.2025-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində böyük təntənə ilə qeyd edilib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Müavini Fərid Ələkbərov, İcra Hakimiyyətinin Şöbə Müdiri Gündüz Əliyev, İcra Nümayəndəsi Lalə Hacıyeva, Milli Məclisin Deputatı Elnarə Akimova, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova, şəhər ictimaiyyəti, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.

Milli-mənəvi dəyərlərimizi əks etdirən tədbirdə Novruzun rəmzləri – səməni, bayram xonçaları, şirniyyatlar və milli mətbəx nümunələri sərgilənib. Qəsəbənin parkında Bahar qızı, aşıqlar, idmançılar və milli geyimli gənclər Novruzun gəlişini simvolizə edərək iştirakçıları bayram ovqatına kökləyiblər.

Şənlikdə aşıqların Novruz ruhunu əks etdirən çıxışları, idmançıların nümunəvi çıxışları və ənənəvi Novruz oyunları – yumurta döyüşü və xoruz döyüşü böyük maraqla qarşılanıb.

Tədbirin sonunda incəsənət ustalarının ifasında baharı və Azərbaycanı tərənnüm edən mahnılar səsləndirilib, iştirakçılara unudulmaz bayram ab-havası yaşadır.

 Hacı Zeynalabdin bələdiyyəsi