Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2025 , 21:18

838

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyələrin maliyyə dayanıqlığı və BAMS sisteminin rolu -BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkənin ictimai həyatında mühüm rol oynayır. Onların əsas funksiyalarından biri yerli əhalinin sosial, iqtisadi və infrastruktur ehtiyaclarının təmin edilməsidir. Bu məqsədlə həyata keçirilən bütün fəaliyyətlərin maliyyə təminatı isə əsasən yerli vergilər və ödənişlər hesabına formalaşır. Bu gəlirlərə əmlak vergisi, torpaq vergisi daxildir.
Məhz bu səbəbdən bələdiyyələr üçün yerli vergi və ödənişlərin vaxtında və tam şəkildə toplanması olduqca vacibdir. Ancaq bu prosesin effektiv və şəffaf həyata keçirilməsi üçün müasir yanaşmalar və texnologiyalar zəruridir.
BAMS – bələdiyyələrdə rəqəmsal idarəçiliyin təməli
Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə yaradılan Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) bu sahədə atılmış mühüm addımlardan biridir. BAMS sistemi sayəsində vergi ödəyicilərinin məlumat bazası formalaşdırılır, onların borc məbləğləri və ödənişləri sistem üzərindən izlənilir, hesabatlılıq və şəffaflıq təmin olunur.
Sistemin tətbiqi bələdiyyə əməkdaşlarına vergi inzibatçılığını daha sistemli və asan şəkildə həyata keçirməyə imkan verir. Ən önəmlisi isə bu sistem vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi üçün real imkanlar yaradır.
SMS bildiriş xidməti – vətəndaşa bir addım daha yaxın
BAMS sisteminin ən əhəmiyyətli yeniliklərindən biri SMS bildiriş xidmətidir. Bu xidmət vasitəsilə vətəndaşlara vergi borcları ilə bağlı məlumatlar birbaşa mobil telefonlarına göndərilir. Bildirişdə borcun məbləği, ödəmə müddəti və vətəndaşın YVÖK kodu, QR kod qeyd olunur.
Bu cür bilgiləndirmə vətəndaşların vergilərdən xəbərdar olmasına, vaxtında ödəniş etməsinə və son nəticədə bələdiyyələrin gəlirlərinin artmasına səbəb olur. Bu həm də dövlət və vətəndaş arasında qarşılıqlı məsuliyyət və güvənin möhkəmlənməsi baxımından çox önəmlidir.
Hər ödəmənin arxasında inkişaf dayanır.
Bələdiyyələrin imkanlarının genişlənməsi – yolların təmiri, su-kanalizasiya layihələrinin həyata keçirilməsi, abadlıq işlərinin görülməsi və digər xidmətlərin göstərilməsi birbaşa büdcə imkanlarından asılıdır. Vətəndaşların ödədiyi hər bir manat, onların yaşadığı ərazilərin daha abad, təhlükəsiz və yaşanası olması üçün sərf olunur.
Vergi ödəmək yalnız hüquqi öhdəlik deyil, həm də vətəndaşlıq məsuliyyətidir. Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) və SMS bildiriş xidməti bu məsuliyyətin daha şəffaf və rahat şəkildə yerinə yetirilməsinə xidmət edir.
Unutmayaq: Güclü bələdiyyə – məsuliyyətli vətəndaşdan başlayır!
Fidan Fərzəliyeva 
Şabran bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər