Tovuzlular YAP-ın namizədlərinə səs verəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tovuz rayonu Qovlar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə seçki qərargahının üzvü İlqar Kərimov YAP-ın namizədləri haqqında seçicilərə məlumat verib. O, partiyanın bu seçkilərə də ciddi şəkildə hazırlaşdığını deyib.
Bələdiyyə üzvlüyünə namizədlər Nurəddin Nağıyev, Rövşən Əsgərov, Azər Babayev bələdiyyələrin fəaliyyətlərindən danışaraq qarşıdakı mərhələdə üzərlərinə düşən vəzifələrin daha böyük əzmkarlıq və peşəkarlıqla yerinə yetirməli olduqlarını bildiriblər.
Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Rəylər
0 Rəy