Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-12-2024 , 18:59

574

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Balaşirin Nəsirov: “Bələdiyyəmiz bu artım faizinin hesabına şəhər  bələdiyyələri arasında  üçüncü yeri tutub”


“Ölkəmizdə həyata keçirilən layihələrə az da olsa, Lerik bələdiyyəsi olaraq, bizdə öz töhfəmizi verməyə çalışırıq.”- bu fikirləri Lerik rayon bələdiyyəsinin sədri Balaşirin Nəsirov bildirib.

Sədr qeyd edib ki,  cari ildə Lerik bələdiyyəsinin vergi xidməti orqanının sistemli  fəalyyəti sayəsində büdcə gəlirlərində 2.6 dəfə artım müşahidə olunub.

2023-cü ildə bələdiyyənin büdcə gəlirlərinin həcmi  cəmi 6542  manat  təşkil etmişdirsə, bu rəqəm cari ildə 16664 manat təşkil edib. Əgər ötən il əmlak vergisindən 244 manat, torpaq vergisindən isə 80 manat, torpaq satışından 6.216 manat əldə edilmişdisə, cari ildə əmlak vergisindən  608 manat, torpaq vergisindən 246  manat, torpaq satışından 15.810 manat  təşkil edib. Bələdiyyəmiz məhz bu artım faizinin hesabına şəhər  bələdiyyələri arasında  üçüncü yeri tutub.

BAMS-ın Əmlak  Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqarsiya edilməsi  bələdiyyəyə əlavə stimul verib.

Sədr  qeyd edib ki,  büdcə gəlirlərinin artımının hesabına şəhər ərazisində  bələdiyyə tərəfindən həyata keçirilən layihələrin həm həcmi artıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər