Subvensiya layihəsi alan bələdiyyə də birləşdirməyə düşdü- CİDDİ
Ağdam
rayonunda 1999 - cu il seçkilərindən sonra 8 bələdiyyə formalaşdırılsa da
sonradan onun sayı 14 də çatdırıldı. Əslində o illərdə sərhəd bölgəsi
olduğundan bu bələdiyyələrin yalnız üçündə fəallıq var idi. Bu sıraya Quzanlı, Xındırıstan və Alıbəyli bələdiyyələrini
aid etmək olar. Ancaq ondan artıq bələdiyyənin ərazisi təmas xəttinə yaxın məsafədə
olduğundan bu bələdiyyələrin fəaliyyətinin daim gərginliklə müşahidə edildiyini
də unutmaq olmaz.
Əlavə edək
ki, bu gün aparılan birləşdirmə nəticəsində
rayonda bələdiyyələrin sayı yenidən 8-ə duşəcək.
Ancaq birləsdirməyə düşən Üçoğlan bələdiyyəsinin
cari ildə aldığı böyük məbləğdə suvbensiyanın aqibəti məni çox maraqlandırır. Yeni formalaşdırılacaq
Üçoğlan-Alıbəyli bələdiyyəsinə isə Birinci
Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələri
və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan,
Yusifli kəndləri daxil olacaqdır.
Hə halda
“Bələdiyyə ərazisində yerləşən “Eşq Abdal” ziyarətgahına gedən yolun bərpası və
yenidən qurulması” layihəsinə ayrılan subavensiyanın icrası barədə məlumat
paylaşılsa fikrimcə birləşdirmə ərəfəsində daha maraqlı addım olardı. Yəqin
bununla bağlı bir açıqlama olar.
Nə isə...
Belediyye.info
Rəylər
0 Rəy