Qaradağlı kəndində "Anım günü" qeyd edilib
Bu gün Ağdaş rayonu Qaradağlı kənd orta çəktəbində 27 sentyabr "Anım günü" ilə bağlı tədbir keçirilib. Tədbirdə Qaradağlı bələdiyyəsinin sədri Əli Musayev də iştirak edərək geniş məzmunlu çıxış edib.
Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediməsiylə başlayıb.
Tədbir çıxış edənlər ordumuzun şücaətindən, vətənpərvərliyindən, Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun zabit və əsgərlərinin göstərdiyi qəhrəmanlığından danışıblar.
Sonda məktəb şagirdlərinin vətən mövzusunda hazırladığı kompozisiya təqdim edilib, seirlər səsləndirilib.
Tədbirin sonunda Vətən müharibəsi şəhidi Cəlil Əliyevin məzarı ziyarət olunub.
Qeyd edək ki, Cəlil Qüdrət oğlu Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil alıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib.Oktyabrın 14-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, "Füzulinin azad olunmasına görə" medalı ilə və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Rəylər
0 Rəy