Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2024 , 00:51

2080

Son xəbərlər

Bütün xəbərlər

"Əsasnamə” təsdiq edilib 

Gündəlik Xəbərlər
11-06-2025

"JEK"lərin xidmət haqqı toplaması qanunidir?

Gündəlik Xəbərlər
10-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Bələdiyyə sədri: “Vergi daxilolmalarının həcmi artdıqca  görülən işlərin həcmi də artacaq”

“Quba rayon Tüləkəran bələdiyyəsi tərəfindən 8 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin dəstəyi ilə Yenikənd kəndində qanunsuz zəbt  olunmuş 600 metr yol genişləndirilmişdir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Rauf Hüseynov bildirib.

Sədrin sözlərinə görə, yolun mövcud 3 metrlik eni 6 metrə çatdırılaraq sakinlərin, xüsüsən də qış aylarında təhlükəsiz hərəkəti təmin olunmuşdur.

Əlavə olaraq Quba RİH tövsiyəsi və bələdiyyənin təşkilatçılğı ilə 400 metrlik ərazidə daxili yollarda hamarlanma və cari təmir işləri aparılmışdır.

Sədr göstərdikləri köməyə görə 8 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə və əməyi keçən kənd sakinlərinə təşəkkürünü bildirib.

Vergi daxilolmalarının həcmi artıqca mütəmadi olaraq  görülən işlərin həcmi də artacaq.

Sədr sonda sakinlərə müraciət  etməyi də unutmayıb:

“Sakinlərdən kəndin ümumi sosial-iqtisadi inkişafında aktiv olmağa və vergi borclarını ödəməklə bu işdə öz töhvələrini verməyə dəvət edirik”



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

 Qəhrəmanlarımızla fəxr edirik!

Region
28-05-2025
538