İməcilik Vəndam bələdiyyəsinin təşəbbüsü ilə keçirilib
Qəbələ rayonu Vəndam bələdiyyəsi qəsəbə ərazisində növbəti iməcilik təşkil edib. Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Asif Həşimov bildirib. İməcilikdə Vəndam bələdiyyəsinin, Vəndam İnzibati Ərazi Nümayəndəliyinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional idarəsinin əməkdaşları, eləcə də qəsəbə ziyalıları, sahibkarları, könüllülər iştirak ediblər. Qəsəbə ərazisində iki hektara yaxın yaşıl ərazi pərakəndə atılmış tullantılardan təmizlənib.Bələdiyyə sədri Asif Həşimov bildirib ki, yaşıl ərazinin təmiz saxlanılması 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində bələdiyyənin təsdiq etdiyi fəaliyyət proqramı çərivəsində həyata keçirilib.
Qeyd edək ki, bu təşəbbüsün vaxtaşırı keçirilməsi qərara alınıb.
Rəylər
0 Rəy