Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-04-2024 , 20:49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Göygöl bələdiyyələrinə son iki il ərzində mehmanxana xidmətlərindən  hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Göygol rayonunda formalaşan 24 bələdiyyənin büdcə gəliri 353.100 manat olub. Bu 2022-ci llə müqayisədə 14.6 faiz irəliləmə deməkdir.

Əldə edilən gəlirin 37 faizi vergilərdən, 63 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.4 faizi torpaq, 20.6 faizi əmlak vergisindən daxil olub.

Göygöl bələdiyyələrinin büdcə gəlirinin 46.1 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Göygöl bələdiyyələri 106.200 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisəfə 1.4 faiz az deməkdir.  İl ərzində Göygöl bələdiyyələrinə 51.300 manat dotasiya ayrılıb.

Bununla yanaşı bələdiyyə büdcəsinə il ərzində avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,  bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən  bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər