İlqar Məmmədov: “Əldə etdiyimiz uğurlar kollektiv fəaliyyətimizin nəticəsidir”
Bələdiyyələri xəbərdar etmədən ziyarətə davam edirəm. Əlavə
edim ki, son üç ay ərzində fəaliyyətləriylə
yaxından tanış olmaq üçün paytaxtın 32 bələdiyyəsində olub, müxtəlif səpgili
görüşlər keçirmişəm. Onu da etiraf edim ki, fəaliyyəti məni qane edən bələdiyyələr
barəsində fikirlərimi genişməzmunlu yazı materialı hazırlayaraq paylaşmışam. Bəzi
görüşlər barəsində informasiya xarakterli məlumatlar paylaşsamda, fəaliyyəti
qane etməyən, ziyarət zamanı qarşılaşdığım fors-major hallarının üstünlük təşkil
etdiyi ziyarətlər barəsində hər hansı məlumatı belə paylaşmağa, qısası, əlim gəlmədi.
Ziyarətlər zamanı diqqətimdən yayınmayan bir çox mətləblərin
şahidi oldum. Bəzi məqamlara şahidlik etməyimə sadəcə təəssüflənirəm. Yəqin ki,
zamanı gələndə şahid olduğum məqamları qələmə alacağam. Nə isə. Mətləbdən
uzaqlaşmayım.
***
Növbəti görüşüm Görədil Bələdiyyəsində oldu. Göradil Bələdiyyəsi
son illərdəki fəaliyyətiylə seçilənlər
sırasında olub. Yəni, Abşeron rayonunda formalaşan 15 bələdiyyədən yalnız
Xırdalan, Fatmayı, Mehdiabad və haqqında danışdığım Göradil bələdiyyəsi fəaliyyətiylə
daim seçilib. Seçilənlərdən ilk olaraq bu bələdiyyəni seçməyim isə təsadüf idi.
Həm də qeyd edim ki, Göradil Bələdiyyəsində sonuncu dəfə bir il əvvəl
olmuşdum. O vaxt sədr bələdiyyənin ciddi
layihələr üzərində işlədiklərini demişdi. Həm kəndin işıqlandırılması, həm küçələrə
asfalt vurulmasını, həm də digər layihələrin dövlət proqramına salındığını əlavə
etmişdi. Bu proseslərə bələdiyyə də maliyyə imkanları çərçivəsində öz dəstəyini
göstərəcəyini bildirmişdi.
Bu gün isə bələdiyyənin inzibati binasında və ətraf ərazilərdə
aparılan təmir işləri həqiqətən göz oxşayırdı. Bələdiyyə binasında isə hər kəs
iş başında idi. Sədr İlqar Məmmədovu soruşuram. Ərazidə olduğunu dedilər. Həyətə
çıxıb, inzibati binanı seyr edirəm, hətta ətrafa yaxın ərazidən keçən məhəllədaxili
yoldakı təmizlik də diqqətimi çəkir. Çünki həmin ərazi ötən illərdə elə bir vəziyyətdə
idi ki, sədrlə sonuncu söhbətdə inzibati
binanın yerinı dəyişmək fikrində
olduğunu demişdi. Bu gün həm binanın həyəti, həm də ətraf ərazi təmizliyi
ilə diqqətimi çəkmişdi. Sədr gəlişiyilə məni sanki düşüncələrimdən ayırdı. Və
söhbətə elə bu mövzudan başlayıram...
***
Söhbətimin maraqlı məqamlarını oxucularımla bölüşürəm:
Sədr qeyd edir ki, Abşeron rayonunda bələdiyyələr yarandığı
gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən
qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin
əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin
açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə
maddi yardım verilməsi sahəsində ciddi layihələr həyata keçirmişlər.
Ən maraqlı məqam
Göradil Bələdiyyəsinin büdcə gəlirləriylə bağlı oldu. Belə ki, bələdiyyənin
ötən 2023-cü ildə gəlirləri 92.265 manat, xərcləri isə 90565,06 manat təşkil
edib. Gəlirlərdən torpaq vergisi 10.992 manat, əmlak vergisi 29.374 manat,
torpağın özgəninkiləşdirilməsindən daxil olan gəlir 49.929 manat, dövlət büdcəsindən
ayrılmış dotasiya 1.970 manat olub.
Ötən illərlə müqayisə etdikdə büdcə gəlirlərində əhəmiyyətli dərəcədə artım
olduğunu görmək olar. Belə ki, 2019-cu ildə bələdiyyənin gəlirləri 19.953 manat
təşkil etdiyi halda 2023-cü ildə bu rəqəm 92.265 manat olub. Bu isə ümumilikdə
beş dəfəyədək artım deməkdir.
Görüşdə sədr həmçinin bələdiyyənin həyata keçirdiyi sosial
layihələrə də toxundu. Sədr qeyd edib ki, Görədil kəndində həm I Qarabağ, həm də
II Qarabağ müharibəsi zamanı imkansız,
aztəminatlı, qaziləri, müharibədə könüllü iştirak etmiş şəxsləri və şəhid ailələrini daim diqqət mərkəzində
saxlanılır. 2023-cü ildə
Ramazan , Qurban və Novruz bayramında
şəhid, qazi, aztəminatlı ailəyə 65 nəfərə ərzaq yardımı verilib. Ramazan ayında həssas qrupa aid ailələr üçün
iftar süfrəsi təşkil edilib.
Əldə edilən maliyyə vəsaitiylə həmçinin kənd ərazisində məhəllədaxili
yollarda bir sıra cari təmir işləri aparılıb. Kəndin Ağaəli Məşədioğlu küçəsi
daxili imkanlar və kənd sakinlərinin köməkliyi sayəsində abadlaşdırılıb. Belə
ki, həmin küçəyə 1220 kv.m asfalt örtüyü vurulub.
Bir neçə məhəllə daxili küçələrdə müəyyən cari təmir işləri
aparılıb. Şəhid Cəbrayıl Dövlətzadənin adını daşıdığı küçəyə 1.000 kv.m daş
qırıntısı tökülərək yayılıb. Bundan əlavə kəndin Heydər Əliyev küçəsində
magistral yolun dağılmış hissələri bərpa edilib. Bundan əlavə kəndin İ.Yusifov
küçəsində də cari asfalt təmiri işləri aparılmışdır. Kəndin Ş.Qurbanov və
Ə.Əzimzadə küçələrinə 1800 kv.m hissəyə asfalt qırıntısı, F.X.Xoyski küçəsinə
isə 700 kv.m karbonat tökülərək yayılıb. Kəndin Qabil küçəsində 300 kv.m asfalt
işləri aparılıb.
***
Beləliklə, daha bir bələdiyyə sədriylə görüşum yekunlaşır.
Sakinlərin vergilərin ödənilməsinə maraqlı olmamaları sədri narahat etdiyinin
şahid oluruq. Bəzən vergi müfəttişləri dəfələrlə bir mənzilə gedir, hər dəfə
ciddi söhbətlər aparır. Və çox çətinliklə vergilərin ödənişinə nail oluruq.
Hər halda kollektiv üzvləri ruhdan düşmürlər. Əldə etdiyimiz
uğurlar kollektiv fəaliyyətimizin
nəticəsi kimi qəbul edilə bilər.
Hər halda bələdiyyədə formalaşmış abu-hava Göradil Bələdiyyəsinin yaxın gələcəkdə
daha böyük uğurlara imza atacağından xəbər verir. Bu isdə bizə bələdiyyə sədrinə
və kollektivinə yalnız uğurlar arzulamaq qalır.
Vüqar Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy